"NEQSOL Holding" Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında - 171,1 MİLYON MANATLIQ VERGİ ÖDƏNİŞLƏRİ
NEQSOL Holding-in tərkibinə daxil olan şirkətlər 2024-cü ildə Azərbaycanda 171,1 milyon AZN məbləğində vergi ödənişləri həyata keçirib.
NEQSOL Holding-in tərkibində olan dörd şirkət Azərbaycanda 2024-cü ildə ən çox vergi ödəyən 100 vergi ödəyicisi siyahısına daxil olub. Qeyd edilən siyahı Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.
Holdinqdən MArja-ya verilən məlimatda bildirilir ki, ümumilikdə, NEQSOL Holding-in tərkibinə daxil olan şirkətlər 2024-cü ildə Azərbaycanda 171,1 milyon AZN məbləğində vergi ödənişləri həyata keçirib. Beləliklə, NEQSOL Holding ölkənin dövlət büdcəsinə ən böyük töhfə verənlərdən biri olub.
Holdinqin tərkibində ən iri vergi ödəyiciləri sırasında Norm, Bakcell, Azerconnect Group, Nobel Energy Group (Global Energy Solutions və s.) və digər şirkətlər yer tutur.
“İri vergi ödənişləri ilə yanaşı, NEQSOL Holding həmçinin dayanıqlı biznes strategiyaları, davamlı sərmayələri, iş yerlərinin yaradılması və cəmiyyətin rifahına yönəlmiş sosial təşəbbüsləri ilə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bu sahələrdə nailiyyətlər NEQSOL Holding-in şəffaflığa, iqtisadi inkişafa və korporativ sosial məsuliyyətə sadiqliyini bir daha əks etdirir” - NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov qeyd edib.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycanda biznesinin inkişafına xüsusi diqqət yetirir. Gələcəkdə də fəaliyyətini gənişləndirərək, NEQSOL Holding Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə verməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
4 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
4 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
