Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olundu
Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunmuş Tural Rasim oğlu Abdulzadə kollektivə təqdim olunub.
Yeni rəis müavinini kollektivə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov təqdim edib.
Abbas İsmayılov Tural Abdulzadəni yeni təyinat münasibəti ilə təbrik edib, Naxçıvanda vergi sahəsində həyata keçirilən islahatlardan danışıb, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı 19 fevral 2025-ci il tarixli Sərəncama əsasən, Tural Rasim oğlu Abdulzadə MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin olunub. Bununla da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Tural Abdulzadəyə həvalə edilib.
Tural Abdulzadə müvafiq vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















