“Enterprise Azerbaijan”a və Rəqəmsal Ticarət Qovşağına rəhbərlər təyin edilib
İİTKM-də yeni kadr təyinatları olub.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinatlar olub.
Mərkəzdən MArja-ya daxil olmuş məlumatda bildirilir ki, İİTKM-in icraçı direktoru Prof. Dr Vüsal Qasımlının əmri ilə Mərkəzin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri vəzifəsinə coğrafiya elmləri doktoru İsa Qasımov təyin olunub.
İ.Qasımov bu təyinata qədər Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru kimi fəaliyyət göstərib. O, Azərbaycanda sahibkarlıq, o cümlədən startapların və biznes təşəbbüskarlığının inkişafı üzrə tanınmış mütəxəssisdir. “IDDA AWARDS 2024” müsabiqəsində “Ekosistemin lokomotivi” nominasiyası üzrə ölkə birincisidir.
V. Qasımlının digər əmri ilə Mərkəzin Starteji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədovaya Rəqəmsal Ticarət Qovşağına (RTQ) rəhbərlik etmək həvalə olunub. O, uzun illər müxtəlif dövlət qurumlarında rəqəmsal inkişafın quruculuğu və innovasiya fəaliyyəti sahəsində strateji istiqamətlərin müəyyən olunması və sənədlərin hazırlanması istiqamətində fəaliyyət göstərib. Elektron və ağıllı şəhərlər sahəsində beynəlxalq proqramların məzunudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























