Sığortalanan əkinlərin sahəsində 6% artım qeydə alınıb

Aqrar Sığorta Fondu 2024-cü ilin nəticələrini açıqlayıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ildə ölkə ərazisində sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb. 2023-cü illə müqayisədə sığortalanan əkinlərin sahəsində 25 min hektar və ya 6% artım qeydə alınıb.
Qeyd edilib ki, aqrar sığorta ödənişlərinin artması, fermerlərin aqrar sığortaya inamının yüksəlməsi nəticəsində əkin sahələri və təsərrüfatların sığortalanmasına maraq da artmaqdadır. Belə ki, 2024-cü ildə ölkədə əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 56 662-yə yüksəlib. Bu, əvvəlki illə müqayisədə 6 min müqavilə və ya 11% artıqdır. Qeyd edək ki, 2022-ci ildə əkin sahələri üzrə 46 828 müqavilə, 2023-cü ildə isə 50 970 müqavilə bağlanılıb.
Ölkə üzrə ən çox sığortalanan buğda və arpa sahələri olub. 2024-cü ilin sonuna olan vəziyyətə sığortalanmış payızlıq buğda sahələri 246 min hektar, payızlıq arpa sahələri 116 min hektar təşkil edib.
2024-cü ildə əkin sahələrinin sığortası üzrə 12,3 milyon manat aqrar sığorta haqqı toplanıb və bu əkinlərə ümumilikdə 513 milyon manat sığorta təminatı verilib.
Ötən il Aqrar Sığorta Fondu bəzi bitkiləri ilk dəfə olaraq sığortalayıb. Bunlar nektarin, qarpız, albalı, yemiş və tütün bitkiləridir. Qeyd edək ki, 2024-cü ildə qarpız sahəsinin sığortalanması ilə yanaşı, bu əkin sahəsində baş vermiş hadisə ilə əlaqədar olaraq böyük məbləğdə – 94 500 manatlıq sığorta ödənişi həyata keçirilib.
2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən 3 276 baş iribuynuzlu mal-qara sığortalanıb. Bu müqavilələr üzrə 1,9 milyon manat sığorta haqqı toplanıb və sığortalanan heyvandarlıq təsərrüfatlarına 20 milyon manat məbləğində sığorta təminatı verilib.
Aqrar sığorta məhsulları, məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından və ya 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 15 d. əvvəl
-
32 d. əvvəl
Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
- 34 d. əvvəl
-
42 d. əvvəl
ABŞ-da işdən çıxarmaların sayı 2020-dən bəri ən yüksək səviyyəyə çatıb
-
54 d. əvvəl
"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
-
1 saat əvvəl
“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda!
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

OpenAI-nın Sora tətbiqi təqdimatdan sonra viral oldu

Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
Ən çox oxunanlar

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb

Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Rəsmi məzənnələr açıqlandı

Tesla-nın satışları rekord səviyyəyə çatıb
