Alibaba süni intellekt infrastrukturunun qurulmasına 53 milyard dollar sərmayə yatıracaq
Çinin texnoloji nəhəngi "Alibaba Group Holding Ltd" qarşıdakı 3 il ərzində süni intellekt üçün bulud və avadanlıq infrastrukturuna 380 milyard yuan (təxminən 523 milyard dollar) sərmayə qoyacağını açıqlayıb.
Çinin "Alibaba Group" şirkəti süni intellekt üçün bulud və avadanlıq infrastrukturunun qurulmasına 380 milyard yuandan (təxminən 53 milyard dollar) çox sərmayə yatıracaq.
Marja.az-ın məlumatına görə, bu barədə "Sinxua" xəbər verir.
“Növbəti üç il ərzində "Alibaba Group" süni intellekt üçün bulud və avadanlıq infrastrukturunun qurulmasına 380 milyard yuandan (təxminən 53 milyard dollar) çox sərmayə yatıracaq”, - deyə məlumatda bildirilir.
Çinin “Pengpai” nəşri qeyd edib ki, bu investisiya, Çin özəl müəssisələrinin süni intellekt üçün bulud və avadanlıq infrastrukturunun yaradılmasına yatırdıqları investisiyaların həcminə görə rekord göstəricidir. Nəşr yazıb ki, "Alibaba"nın investisiya elanı iki mühüm məqamın fonunda baş verib. Bunlardan biri Çinin süni intellekt sənayesinin sürətli inkişafı, digəri isə fevralın əvvəlində Çin prezidenti Xi Jinping də daxil olmaqla hökumət rəsmilərini və böyük özəl şirkətləri bir araya gətirən özəl müəssisələrin inkişafına dair simpoziumdur.
"Alibaba Group"un İcraçı direktoru Wu Yongming, bu sərmayənin, son on ildə şirkətin ümumi süni intellekt və bulud xərclərini üstələdiyini bildirərək, şirkətin süni intellektə əsaslanan böyümə strategiyasına verdiyi əhəmiyyəti göstərdiyini qeyd edib. Bu sərmayə ilə Alibaba süni intellekt imkanlarını və bulud infrastrukturunu genişləndirərək texnologiyadakı irəliləyişləri dəstəkləməyi hədəfləyir.
Açıqlama, şirkətin bulud biznesindən əldə etdiyi gəlirin oktyabr-dekabr dövründə illik müqayisədə13 faiz artdığını elan etdikdən sonra verilib. Bundan əlavə, süni intellektlə əlaqəli məhsul gəlirləri ardıcıl altı rüb ərzində üçrəqəmli artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
28 d. əvvəl
Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
- 30 d. əvvəl
-
38 d. əvvəl
ABŞ-da işdən çıxarmaların sayı 2020-dən bəri ən yüksək səviyyəyə çatıb
-
50 d. əvvəl
"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
-
1 saat əvvəl
“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir

Macarıstan Fransa şirkətindən qaz alacaq

Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
Ən çox oxunanlar

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb

Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Rəsmi məzənnələr açıqlandı

Tesla-nın satışları rekord səviyyəyə çatıb
