BOKT-ın nizamnamə kapitalı 2 milyon manat artırılır
BOKT "International” ASC-nin nizamnamə kapitalı 2 milyon manat artırılır25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja.az Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, BOKT "International” ASC-nin abunə yazılışı 27.02.2025-ci ildə başlayaraq 10 gün davam edəcək və martın 9-u yekunlaşacaqdır.
Qeyd olunan səhmlərin yerləşdirilməsi üzrə hərrac 11.03.2025-ci il tarixində keçiriləcəkdir.
Qeyd edək ki, BOKT "International” ASC-nin nizamnamə kapitalının 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur. Hazırda kredit təşkilatının 8 milyon manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 1000 manat 8000 ədəd səhmdən ibarətdir. Yerləşdirmə uğurla yekunlaşarsa, BOKT "International” ASC-nin nizamnamə kapitalı 10 milyon manata çatacaqdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001021026
Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 2000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
Buraxılış həcmi: 2000000 manat
Ticarətə buraxılma tarixi: 11.03.2025
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























