ƏDV depozit hesabı ilə bağlı qaydalarda dəyişikliklər edilib - VERGİDƏN ŞƏRH
Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin ƏDV ilə bağlı qərarını şərh edib
Nazirlər Kabinetinin 24 fevral 2025-ci il tarixli qərarı ilə “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilib.
ƏDV depozit hesabının rekvizitlərinin göstərilməsi barədə tələb aradan qaldırılıb
Dəyişikliyə əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, həmçinin kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı alıcıya təqdim olunan qəbzdə, çekdə ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi aradan qaldırılıb.
Qeyd edək ki, ƏDV depozit hesabının rekvizitləri Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az internet saytında yerləşdirilib. Dəyişikliklərin əsas səbəbi elektron qaimə-fakturanı əldə edən tərəflər arasında ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərinin olması, bəzən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən əməliyyatların müəyyən hissəsinin əməliyyatrın xarakterindən asılı olaraq ƏDV-yə cəlb edilməməsi və bu səbəbdən ƏDV ödəmək öhdəliyi yaranmaması zamanı yaranan çaşqınlıqların aradan qaldırılmasıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, Qaydaların 2.1-ci bəndinin yarımbəndlərində qeyd olunduğu kimi, ƏDV-yə cəlb olunan (18%) əməliyyatlar üzrə, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün hesablanan vergi məbləğinin ƏDV-nin depozit hesabına köçürməsi ilə bağlı tələblər qüvvədədir.
ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair məlumatların xəzinədarlığa təqdim edilməsi vaxtının dəyişdirilməsi
Müvafiq qaydalarda edilmiş digər mühüm dəyişiklik vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, vergi ödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-dək müəyyənləşdirilib. Dəyişiklikdən əvvəl yalnız 11.30 dək olan ödənişlərin həmin gün DXA-ya təqdim olunması nəzərdə tutulurdu.
Müvafiq dəyişiklik vergi ödəyicilərinin müraciətləri əsasında həyata keçirilib. Qeyd edilib ki, bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Nəticədə, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektlərinin və biznesin maraqlarına xidmət edən bu dəyişiklik nəticəsində vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
