Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən Kanada və Meksikadan ABŞ-a mal idxalına rüsumların qüvvəyə minməsi və Çin mallarına tariflərin artırılması ilə bağlı xəbərlər fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.
İnvestorlar Avropa idxalına qarşı oxşar tədbirlərin görülə biləcəyindən ehtiyat edirlər. EUR/USD valyuta cütlüyü ötən günün səhərindən etibarən 1.03600 səviyyəsindən 1.06370 səviyyəsinə qədər bahalaşıb və 2024-cü ilin noyabr ayından bu yana ilk dəfə qeyd olunan həddə yüksəlib. Eyni dövr ərzində GBP/USD cütlüyü 1.25820 səviyyəsindən 1.28000 səviyyəsinə qədər bahalaşıb.
Dolların beynəlxalq birjalarda ucuzlaşmağına baxmayaraq, USD/JPY valyuta cütlüyündə məzənnənin bahalaşdığının şahidi oluruq. Valyuta cütlüyü ilk öncə 149.580 həddindən 148.075 həddinə qədər ucuzlaşsa da, bugün səhər saatlarında artıq 150.175 səviyyəsinə qədər yüksəlib. Həmçinin, dərc olunan məlumatlara əsasən, fevral ayında Yaponiyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 53 bənddən 53.7 bəndədək artıb.
Ticarət müharibəsinin kəskinləşməsi, eləcə də Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırması ilə bağlı məlumatla əlaqəli geosiyasi qeyri-müəyyənlik qızılın dünya bazarlarında kəskin bahalaşmasına səbəb olub. Dəyərli metal ötən gün ərzində 2927$-a qədər bahalaşaraq, son günlərdə itirdiyi mövqelərini bir qədər bərpa edə bilib. Hazırda qızıl 2912$ səviyyəsində ticarət olunur. “Brent” markalı neftin qiyməti isə 70.05$ səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 71.60 səviyyəsinə qədər bahalaşıb.
Xatırlamaq lazımdır ki, bazar ertəsi ABŞ prezidenti Donald Tramp Çin mallarına rüsumların 10%-dən 20%-ə qaldırıldığını açıqlayıb. Pekin ticarət şərtlərinin yeni sərtləşdirilməsinə cavab olaraq ABŞ-dan idxal edilən buğda və digər kənd təsərrüfatı məhsullarına 10-15% tariflər tətbiq edib. Çərşənbə axşamı günü Kanada və Meksikadan ABŞ-a idxal edilən mallara 25% tariflər də qüvvəyə minib.
Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin Amerika mallarına cavab rüsumları tətbiq edəcəyini və Kanadadan ABŞ-a idxal olunan rüsumlar ləğv olunana qədər onların əhatə dairəsini tədricən genişləndirəcəyini bildirib. O, əvvəllər rüsumların digər məhsullar ilə yanaşı, Amerika pivəsi, şərabı, məişət texnikası və portağal suyuna da tətbiq ediləcəyini bildirib. Həmçinin, keçən həftə prezident Tramp Avropadan ABŞ-a idxal edilən avtomobillərə və digər mallara 25% rüsum tətbiq etmək imkanını gündəmə gətirib.
Bugün Bakı vaxtı ilə saat 17:15-də ABŞ-da ADP tərəfindən dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, ABŞ-da Sənaye Sektorunda Sifarişlərin Həcmi, eləcə də, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da xidmət sektorunda PMI göstəriciləri bazar iştirakçılarının maraqla gözlədikləri məlumatlardır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 21 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)




