Dollar son 3 ayın ən aşağı səviyyəsində!
ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışında cavab rüsumları tətbiq edəcəyini təkrarladıqdan sonra, dollar bir qədər bərpa olunub, lakin sonra eniş tendensiyasını davam etdirib. Valyuta son 3 ayda ən aşağı səviyyədə ticarət olunur.
Marja xəbər verir ki, valyuta bazarlarında qeyri-sabitlik davam edərkən, investorlar Trampın Meksika və Kanadaya tətbiq etdiyi yeni 25 faizlik tariflərin, eləcə də çərşənbə axşamı qüvvəyə mindiyi Çin mallarına 20 faizlik rüsumun qlobal ticarətə təsirini qiymətləndirirlər.
Kanada və Çin eyni gün cavab addımları atıb, Meksika prezidenti Claudia Sheinbaum da cavab verəcəklərini deyib, lakin təfərrüatları açıqlamayıb. O, rəsmi cavabı bazar günü elan edəcəyini bildirib.
ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər və artan ticarət gərginliyi bazarlarda dalğalanmalara səbəb olarkən, dollar indeksi 105,1-ə enib (Bakı vaxtı ilə saat 12:40-da 0,6% azalma ilə 105.13 olub)
Avronun qiyməti Çərşənbə günü 1,0688 dollara qədər qalxaraq üç ayın ən yüksək səviyyəsinə çatıb. Avronun bahalaşmasına Almaniyada hökumət qurmağa çalışan tərəflərin 500 milyard avroluq infrastruktur fondu yaratmaq və borclanma qaydalarını yumşaltmaq barədə razılaşmaları səbəb olub.
"Almaniyada borclanma limitinin gözləniləndən daha böyük yumşaldılması olarsa, bu, avronu daha da bahalaşdıra bilər"- "Commonwealth Bank of Australia"dan Carol Kong bildirib.
Funt sterlinq 1,2788 dollara düşüb, Yapon yeni də bir qədər ucuzlaşaraq 149,88-ə geriləyib.
Kanada dolları 0,2 faiz dəyər itirərək 1,4424-ə düşüb, Meksika pesosu isə müəyyən itkiləri geri qaytararaq 20,60-da qərarlaşıb.
Ticarət müharibəsinin iqtisadiyyata təsiri narahatlıq doğurur
"Convera"nın qlobal makrostrateqi Boris Kovaceviç, bazarlarda dolların istiqaməti ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda, "Ticarət müharibələrindən qaynaqlanan inflyasiya təzyiqləri ABŞ iqtisadiyyatının yumşaq eniş şansını təhdid edir. İnvestorlar uzun müddət ərzində iqtisadi artımın daha çox yavaşlamasından narahatdırlar" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
-
6 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 7 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















