Logistika nəhəngi 8000 işçini ixtisar edəcək
Logistika nəhəngi DHL, Almaniyada təxminən 8000 nəfəri işdən çıxaracağını açıqlayıb. Şirkət 2027-ci ilə qədər 1 milyard avrodan çox (1,08 milyard dollar) qənaət etməyi hədəfləyir. Qərar, DHL-in illik əməliyyat mənfəətində 7 faiz azalmadan sonra verilib.
Marja xəbər verir ki, DHL-in baş direktoru Tobias Meyer Reuters-ə bildirib ki, ixtisar Almaniyada poçt və karqo bölməsində baş verəcək.
Logistika sektorunda gəlirliliyin azalması gözlənilir
HSBC-nin Qlobal Nəqliyyat və Logistika Tədqiqatının rəhbəri Parash Jain logistika sektorunda mənfəət artımının bu il yavaşlayacağını proqnozlaşdırır. Jain, logistika şirkətlərinin xərcləri azaltmalı olacağını, qlobal konteyner ticarəti və hava yüklərində artım tempinin iki dəfə azalacağını gözlədiyini söyləyib.
DHL-in səhmləri son bir ildə logistika sektorunun ümumi performansından geri qalaraq dəyərinin təxminən 11 faizini itirib.
DHL-in baş direktoru Tobias Meyer, poçt və karqo bölməsinin xərclərin artması və məktubların həcminin azalması ilə illərdir mübarizə apardığını, lakin bölməni ayırmaq və ya bağlamaq planlarının olmadığını söyləyib. Onun sözlərinə görə, Almaniyanın tənzimləyi qurum tərəfindən təsdiq edilmiş yeni marka qiymətləri qaydaları bu problemləri həll etmək üçün kifayət deyil.
Meyer, Almaniyada Verdi həmkarlar ittifaqı ilə əmək haqqının 5 faiz artırılmasını və əlavə məzuniyyət günlərini ehtiva edən yeni əmək haqqı müqaviləsinin işçi ixtisarının səbəblərindən biri olduğunu bildirib. Qeyd edilib ki, bu müqavilə 2026-cı ilin sonuna qədər DHL-ə təxminən 360 milyon avroya başa gələcək.
DHL 2024-cü ildə 5,89 milyard avro əməliyyat mənfəəti əldə edib. Şirkət 2025-ci il üçün 6 milyard avrodan çox əməliyyat mənfəəti hədəfləyir. Bununla belə, bu rəqəm analitiklərin 6,29 milyard avroluq proqnozundan aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)
.jpg)





.jpg)








