Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Birjalarda Son Durum - 10.03.2025 Ötən həftə Avrozonada İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozların üzərində açıqlanmasına, Amerikada isə əmək bazarı, xüsusilə də NFP hesabatının ötən ay ilə müqayisədə artımla dərc olunmasına, həmçinin, Avropa Mərkəzi Bankının faiz dərəcələrini növbəti dəfə azaltmasına baxmayaraq dolların çöküşü bütün həftə ərzində davam edib. Donald Trampın tarif siyasətinin ABŞ-ın xarici ticarət siyasətində yol açacağı fəsadlar, Yaxın Şərqdə gərginliyin yenidən artması, Rusiya-Ukrayna müharibəsində hələ ki, sona gəlinmədiyinə dair artan narahatlıqlar, ən əsası bu sadalanan mövzularda ABŞ prezidentinin seçki platformasında verdiyi vədlərə əməl etməməsi fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. EURUSD və GBPUSD məzənnələri təqribən 5000 point və 4000 point bahalaşaraq, müvafiq olaraq 1.08900, 1.29500 hədlərinə yüksəldilər. USDJPY cütlüyü 151.300 həddindən 146.900 həddinə kimi, USDCHF cütlüyü isə 0.90300 səviyyəsindən 0.87670 səviyyəsinə kimi sərt enişlə yadda qaldı. Qızıl son bir həftə ərzində üfüqi tendensiya sərgiləyir. “Buğalar” qiyməti 2900$-ın üzərində qoruyub saxlaya bilsələr də, artım tendensiyası səngiyib. Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehlak Qiymətlərinin Baza İndeksi (CPI), İngiltərədə və Yaponiyada ÜDM hesabatı və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı olacaq. Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə ABŞ-da “JOLTS” - Boş İşyerləri və Vakansiyalar Hesabatı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, eləcə də Kanada Mərkəzi Bankının faiz qərarı olacaq. EUR Ötən həftə ərzində 1.08900 səviyyəsinə qədər yüksələn EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08300 səviyyələrində ticarət olunur. Cari həftə ərzində Almaniyada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir. GBP Keçən həftəni 1.29500 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29050 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası daha kəskin xarakter ala bilər. XAUUSD Fevral ayında ard-arda rekordlar qıran qızıl mart ayının ilk həftəsində 2930$ - 2900$ aralığında üfüqi dalğalanması ilə yadda qaldı. Hazırda, 2908$ həddində ticarət olunan “sarı metal”, həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin qlobal iqtisadi, eləcə də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular “güvənli liman” maliyyə aləti kimi çıxış edən qızıla tələbi yenidən artıra bilər.
Ötən həftə Avrozonada İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozların üzərində açıqlanmasına, Amerikada isə əmək bazarı, xüsusilə də NFP hesabatının ötən ay ilə müqayisədə artımla dərc olunmasına, həmçinin, Avropa Mərkəzi Bankının faiz dərəcələrini növbəti dəfə azaltmasına baxmayaraq dolların çöküşü bütün həftə ərzində davam edib.
Donald Trampın tarif siyasətinin ABŞ-ın xarici ticarət siyasətində yol açacağı fəsadlar, Yaxın Şərqdə gərginliyin yenidən artması, Rusiya-Ukrayna müharibəsində hələ ki, sona gəlinmədiyinə dair artan narahatlıqlar, ən əsası bu sadalanan mövzularda ABŞ prezidentinin seçki platformasında verdiyi vədlərə əməl etməməsi fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. EUR/USD və GBP/USD məzənnələri təqribən 5000 point və 4000 point bahalaşaraq, müvafiq olaraq 1.08900, 1.29500 hədlərinə yüksəldilər. USD/JPY cütlüyü 151.300 həddindən 146.900 həddinə kimi, USD/CHF cütlüyü isə 0.90300 səviyyəsindən 0.87670 səviyyəsinə kimi sərt enişlə yadda qaldı. Qızıl son bir həftə ərzində üfüqi tendensiya sərgiləyir. “Buğalar” qiyməti 2900$-ın üzərində qoruyub saxlaya bilsələr də, artım tendensiyası səngiyib.
Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehlak Qiymətlərinin Baza İndeksi (CPI), İngiltərədə və Yaponiyada ÜDM hesabatı və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı olacaq.
Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə ABŞ-da “JOLTS” - Boş İşyerləri və Vakansiyalar Hesabatı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, eləcə də Kanada Mərkəzi Bankının faiz qərarı olacaq.
EUR
Ötən həftə ərzində 1.08900 səviyyəsinə qədər yüksələn EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08300 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Almaniyada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.29500 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29050 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Fevral ayında ard-arda rekordlar qıran qızıl mart ayının ilk həftəsində 2930$ - 2900$ aralığında üfüqi dalğalanması ilə yadda qaldı. Hazırda, 2908$ həddində ticarət olunan “sarı metal”, həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin qlobal iqtisadi, eləcə də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular “güvənli liman” maliyyə aləti kimi çıxış edən qızıla tələbi yenidən artıra bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
36 d. əvvəl
BOKT-a borcunu ödəmək üçün illik 15 faizlə 4 milyon 750 min manat pul lazımdır
-
- 41 d. əvvəl
-
46 d. əvvəl
DSMF-nin gəlirləri 307 milyon manat, xərcləri 405 milyon manat daha çox olub
-
59 d. əvvəl
Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT
-
1 saat əvvəl
Azərbaycanla Çinin Ningbo limanı arasında əməkdaşlıq üçün işçi qrupu yaradılacaq
-
1 saat əvvəl
8 ayda dövlət büdcəsindən 202 milyon manatdan çox vəsait geri qaytarılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda BYD-lərin sayı 4 dəfə, Changan-ların sayı 2 dəfəyə yaxın artıb
-
1 saat əvvəl
22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Cari ildə 320 minə yaxın ASAN İmza sertifikatı verilib

“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb
Ən çox oxunanlar

22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib

Azərbaycanda ən çox sürülən avtomobillər - YENİ SİYAHI

Azərbaycan neftinin son qiyməti

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib

Rəsmi məzənnələr açıqlandı

Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

Azərbaycanda hər 100 ailəyə 65 şəxsi minik avtomobili düşür
