Babayev Avrasiya İnkişaf Bankının sədri Podquzov ilə görüşüb
Martın 12-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırki üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, Bankla Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu və ölkəmizdə müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirilə biləcəyini diqqətə çatdırıb.
S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib.
Görüşdə Bankın fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
15 d. əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 45 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı



















