Beynəlxalq Enerji Agentliyi : Qlobal neft təklifi gündəlik 240 min barel artıb
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft təklifinin fevral ayında yanvar ayı ilə müqayisədə gündəlik təxminən 240 min barel artaraq 103,25 milyon barrelə çatdığını bildirib.Beynəlxalq Enerji Agentliyinin (IEA) fevral ayı neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft təklifi ötən ay gündəlik təxminən 40 min barrel artaraq 27 milyon 460 min barrelə çatıb.
Marja xəbər verir ki, bu dövrdə OPEC-in qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 570 min barrel olaraq qeydə alınıb. Beləliklə, OPEC-in ümumi neft təklifi ötən ay gündəlik 33 milyon 30 min barel təşkil edib. Bu, əvvəlki ayın səviyyəsindən gündəlik təxminən 50 min barel çoxdur.
OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik təxminən 190 min barel artaraq 70 milyon 220 min barrelə çatıb.
Beləliklə, qlobal neft təklifi fevral ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 240 min barel artaraq 103 milyon 250 min barrelə çatıb.
İstehsal artımının böyük hissəsi OPEC+ qrupunun payına düşüb
Hesabata görə, qlobal neft tədarükünün artımının böyük hissəsi OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun payına düşüb. Qazaxıstan,Tengiz yatağından hasilat artdıqca rekord səviyyədə neft hasil edir, İran və Venesuela isə sərt sanksiyalar ərəfəsində hasilatı artırıblar.
Bu dövrdə OPEC+ qrupunun xam neft hasilatı gündəlik 210 min barel artıb və son 6 ayın ən yüksək səviyyəsinə çataraq 41 milyon 780 min barrel təşkil edib.
Qrupun gündəlik 8 milyon 270 min barrel olan qeyri-ənənəvi hasilatı da əlavə olunduqda, ümumi neft tədarükü gündəlik təxminən 50 milyon 50 min barrelə yüksəlib.
Ötən ay qeyri-OPEC+ qrupunun hasilatı gündəlik 20 min barel artaraq 53 milyon 200 min barelə çatıb.
Qlobal neft tələbinin bu il gündəlik təxminən 1 milyon 30 min barrel artaraq 103 milyon 910 min barrelə çatacağı gözlənilir. IEA keçən ayki hesabatında qlobal neft tələbatının gündəlik 1,1 milyon barel artacağını təxmin etmişdi.
Hesabata görə, bu il qlobal tələbatda gözlənilən artımın təxminən 60%-i Asiyadan olacaq (əsasən Çindən).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




