Draghi: Oktyabr ayında qərarlar veriləcək
Faiz qərarının ardından mətbuat konfransında danışan Avropa Mərkəzi Bankının sədri Mario Draghi Avroda son dövrdəki volatilliyin qeyri-müəyyənlik mənbəyi olduğunu deyib.
Draghi, Avropa Mərkəzi Bankının lazım gələrsə qiymətli kağız alışının həcmini və müddətini artırmağa hazır olduğunu təkrarlayıb.
İqtisadi artım, inflyasiya və məzənnənin iclasda danışıldığını bildirən Sədr qiymətli kağız alışları üzərinə müxtəlif ssenarilərin müzakirə edildiyini vurğulayıb. Draghi qiymətli kağız alışına dair qərarların çoxunun Oktyabr ayında veriləcəyini bildirib.
İqtisadiyyatın 2017-nin ilk yarısında gözlənildiyindən daha artıq sağaldığını, orta müddətdə mənzərənin böyük nisbətdə eyni qaldığını dilə gətirən Sədr, inflyasiyanın gec-tez bankın qiymət sabitliyi ( 2% inflyasiya) hədəfinə çatacağını bildirib. Draghi 2017-ci il üçün artım proqnozlarını də yuxarı qaldırdıqlarını bildirib.
Avro Zonasının 2017-ci ildə artım proqnozu 1.9%-dən 2.2%-ə yüksəldilib. 2018 -ci il üzrə proqnoz dəyişdirilməyərək 1.8%-də, 2019 üzrə isə 1.7%-də saxlanılıb.
2017-ci il üzrə inflyasiya proqnozu 1.5%-də qalarkən, 2018 üçün inflyasiya proqnozu 1.3%-dən 1.2%-ə, 2019 üçün isə 1.6%-dən 1.5%-ə endirilib.
Avro/Dollar məzənnəsi 1.20 səviyyəsini keçib.
Davam edəcək...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
54 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)





