Türkiyə Lirəsinin ucuzlaşmasını dayandırmaq üçün 20 milyard dollardan çox valyuta satıldığı bildirilir
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu barəsində çıxarılan həbs qərarından sonra Türkiyə lirəsinin (TL) məzənnəsi süni şəkildə sabit saxlanılır. Dollar yeni həftəyə 38 lirənin bir qədər üzərində, avro isə 41,32 lirədən daxil olub. 19 mart 2025-ci il tarixində saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekram İmamoğlunun “MEDYA AŞ” istintaqı çərçivəsində 23 mart 2025-ci ildə həbs olunmasına qərar verilib. İmamoğluna qarşı başladılan bu proseslər bazarlarda "zəlzələ" effekti yaradıb. Valyuta məzənnələrində kəskin yüksəlişlər baş verib, fond bazarı son 16 ilin ən böyük enişini yaşayıb.İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu barəsində çıxarılan həbs qərarından sonra Türkiyə Lirəsinin (TL) dollar və avro daxil xarici valyutalar qarşısında məzənnələri süni şəkildə sabit saxlanılır.
Marja.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı Ekrem imamoğlunun həbs qərarlarından sonra valyuta bazarında baş verən kəskin dalğalanmalara müdaxilə edib. Çərşənbə günü Dollar/TL 41,64-ə, Avro/TL isə rekord qıraraq 44,88-ə qalxdıqdan sonra Mərkəzi Bank valyuta sataraq məzənnəni aşağı salıb.
Kapalı Çarşıda isə dollar 43 lirəyə qalxmışdı.
Dollar yeni həftəyə (24 marta) 38 lirənin bir qədər üzərində, avro 41,32 lirədən daxil olub.
“Hər növ alətlərdən istifadə olunacaq”
Dünən Türkiyə Mərkəzi Bankında kommersiya banklarının rəhbərlərinin də iştirakı ilə keçirilmiş iclasda, sabitliyi qorumaq üçün bütün qurumların sıx əməkdaşlığı ilə hər cür alətlərin bazar qaydaları çərçivəsində effektiv və qətiyyətlə istifadəsinin davam etdirilməsi qərara alınıb.
TCMB iclasdan sonra yaydığı açıqlamada qeyd edib: "Biz hər cür vasitələrdən səmərəli və qətiyyətlə istifadə etməyə davam edəcəyik".
Türkiyənin maliyyə Naziri Mehmet Şimşək, "Vəzifəmizin başındayıq. Bazarların sağlam işləməsi üçün lazım olan bütün addımları atmağa davam edəcəyik" deyib.
TÜRKİYƏ MƏRKƏZİ BANKININ SATDIĞI VALYUTANIN HƏCMİNİN 20 MİLYARD DOLLARI AŞDIĞI BİLDİRİLİR
İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun saxlanıldığı çərşənbə günü (həftənin 3-cü günü) Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) xalis valyuta mövqeyi 11,2 milyard dollar azalıb. TCMB-nin balans məlumatlarına və bankirlərin hesablamalarına görə, çərşənbə günü aparılan əməliyyatlar nəticəsində xalis valyuta mövqeyində azalma 11 milyard 176 milyon dollar olub. Bankirlər, azalmanın valyuta satışları ilə əlaqəli olduğunu qeyd ediblər.
Bankirlərin hesablamalarına görə, çərşənbə günündən bəri TCMB tərəfindən təxminən 20-26 milyard dollar civarında valyuta satılıb.
Aylarla davam edən nisbətən sakit məzənnədən sonra Dollar/Türk Lirəsi çərşənbə günü yeni rekord səviyyəyə yüksələrək 42-yə yaxınlaşıb və TCMB-nin treyderlərə 10 milyard dollara yaxın valyuta satmasından sonra həmin günü 38 ətrafında tamamlayıb.
Ötən həftə valyuta satışı ilə yanaşı, Türkiyə Mərkəzi Bankı siyasətini də sərtləşdirmək qərar verib. TCMB TL ilə hesablaşmanı nəzərdə tutan forward valyuta satış əməliyyatlarına başlamaq qərarı verib və ilk dəfə sterilizasiya alətlərinə 56 günlük hərrac da daxil edilib.
MÜDAXILƏ 3 GÜNDƏ DAVAM EDİB
"Reuters" və "Bloomberg"in hesablamalarına görə, Türkiyə Mərkəzi Bankı ilk gündə (19 martda) təxminən 12 milyard dollar məbləğində, növbəti iki gün ərzində isə (cümə axşamı və cümə) əlavə 14 milyard dollarlıq valyuta satılıb. Beləliklə, cəmi üç gün ərzində TCMB-nin valyuta satışları 26 milyard dollara çatıb. Bu gün də valyuta satışının davam edəcəyi gözlənilir.
Türkiyə lirəsi (TL) 2025-ci ilin əvvəlindən bəri ABŞ dolları qarşısında 6,7 faiz dəyərdən düşüb. TL 2024-cü ildə 16,5 faiz ucuzlaşmışdır.
19 mart 2025-ci il tarixində saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekram İmamoğlunun “MEDYA AŞ” istintaqı çərçivəsində 23 mart 2025-ci ildə həbs olunmasına qərar verilib. İmamoğluna qarşı başladılan bu proseslər bazarlarda "zəlzələ" effekti yaradıb. Valyuta məzənnələrində kəskin yüksəlişlər baş verib, fond bazarı son 16 ilin ən böyük enişini yaşayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























