“Baku Flames” festivalına müraciət etmək üçün sayılı günlər qalıb!
(®) Artıq “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” agentliklər, brendlər, istehsalat şirkətləri, kreativ studiyalar, media platformaları və müstəqil yaradıcılardan qəbul etdiyi müraciətlər üçün son mərhələyə çatıb. Belə ki, kreativ sektorun qeyd edilən üzvləri üçün son müraciət tarixi 4 apreldir.
“Baku Flames” festival və müsabiqə olmaqla yanaşı, həm də ilham dolu ideyalar, kampaniyalar və təsirli nəticələri olan strategiyalar üçün yaradılmış qlobal platformadır. Festival sosial mediadan dizayna, hekayələrdən korporativ sosial məsuliyyət layihələrinə qədər insanları və brendləri bir yerə gətirən işləri önə çıxarmağı hədəfləyir.
Niyə indi müraciət etməlisiniz?
Çünki 4 aprel “Baku Flames” mükafatları uğrunda mübarizə aparmaq üçün son şansdır. Belə ki, festivala müəllifi olduğu işləri göndərməklə yaradıcı şəxslər, şirkətlər və agentliklər beynəlxalq jüri heyəti tərəfindən tanınacaq, regional və qlobal məşhurluq əldə edəcək, həmçinin festivalın rəsmi proqramı daxilində yayımlanacaq.
Odur ki bu tarix Ali Rez (IMPACT BBDO), Eduardo Marques (Publicis Groupe Benelux), Shaun Loftman (Landor) və Elena Plakhova (Nova Post Group) kimi, dünyanın dörd nöqtəsindən ibarət jüri heyəti tərəfindən dəyərləndirilmək üçün son şansdır. Qeyd edilən şəxslər isə müvafiq olaraq müsabiqənin 4 əsas istiqaməti üzrə jüri heyətinə rəhbərlik edirlər:
- Core: Bu istiqamət üzrə reklam kampaniyaları, film, çöl reklamları və digər işlər göndərilə bilər.
- Connect & Engage: Burada rəqəmsal kampaniyalar, süni intellekt və PR da daxil olmaqla, innovativ layihələr qəbul edilir.
- Design Excellence: Bu istiqamət dizayn, brendinq və vizual işlər üçün nəzərdə tutulub.
- Effective Change: Regionda bir ilk olan bu istiqamət layihələrin yaradıcılığı ilə yanaşı, effektivliyini və gətirdiyi nəticələri də dəyərləndirir.
Bəs kimlər festivala qoşulmalı, həmçinin öz işləri ilə müsabiqədə iştirak etməlidirlər?
- Yaradıcı agentliklər;
- Brend və marketinq komandaları;
- PR və kommunikasiya üzrə ekspertlər;
- Dizayn studiyaları;
- İstehsalat şirkətləri;
- Frilanserlər və gənc istedadlar.
Qalib gələn layihələr nəinki festivalda, həmçinin qlobal səhnədə də işıqlandırılacaq. Belə ki, hazırda “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” Özbəkistan və Gürcüstanın marketinq assosiasiyaları tərəfindən reytinqlərə də daxil edilib.
“bakuflames.az” veb-saytına daxil olaraq müraciətlərinizi tamamlaya, əlavə suallarınızı “[email protected]” ünvanına yönləndirə bilərsiniz.
2-3 may 2025
Jolly Joker Baku • Daş Salnamə Muzeyi • The Flames Garden
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)



