Apple-ın xərcləri arta bilər: Məhusulları Çində istehsal edən ABŞ şirkətlərinin taleyi necə olacaq?
Vergi qərarı elan edildikdən sonra Apple səhmləri kəskin ucuzlaşıb.ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni tariflər (gömrük vergiləri) bir sıra texnologiya nəhənglərinin tədarük zəncirini təhlükə altına qoyur. Bu şirkətlərdən biri də ABŞ-ın Apple şirkətidir. Elan edilən tariflərdən sonra, Çindən asılı olan Apple şirkətinin səhmlərində kəskin ucuzlaşma baş verib. Qərar Apple-ın istehsal xərclərini artıra bilər.
Marja.az-ın məlumatına görə, illərdir ticarət müharibələrinin və tədarük zəncirinin pozulmasının mənfi təsirini minimuma endirməyə çalışan Apple şirkəti, indi də Ağ Evin müəyyən etdiyi yeni vergi siyahısından zərər görə bilər.
Çindən idxal edilən məhsullara əlavə 34 faiz vergi (hazırda 20% vergi də mövcuddur - red), ümumi vergi dərəcəsini 54 faizə çatdırıb və bu, Apple-ın xərclərini artıra bilər.
Üstəlik, tariflər təkcə Çini hədəf almır. Apple-ın istehsal əməliyyatlarını Çindən çıxarmaq strategiyası da bu yeni vergilər ilə pozula bilər. Şirkət istehsalı Hindistan və Vyetnam kimi ölkələrə köçürməklə Çindən asılılığını azaltmağı hədəfləyib. Lakin ABŞ-nin bu ölkələrə də tətbiq etdiyi tariflər Apple-ın cəhdinin təsirini zəiflədə bilər.
Apple hələ də ABŞ-da satdığı cihazların böyük əksəriyyətini Çində istehsal edir. Bununla belə, ticarət müharibələrinin artması Apple-ı tədarük zəncirində daha radikal dəyişikliklər etməyə məcbur edə bilər.
Dünən ABŞ prezidenti Donald Tramp demək olar ki, bütün idxal məhsullarına 10 faizdən başlayan əlavə gömrük rüsumlarının tətbiq olunduğunu açıqlayıb.
Həmçinin oxu
Tramp Dünyaya vergi tətbiq etdiMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)

