Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 12 dəfəyədək artıb
2025-ci ilin I rübü ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 149,7 min manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə artım qeydə alınıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Nazir müavini bildirib ki, 2025-ci ilin I rübü ərzində daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 84 yeni müqavilə bağlanıb, 62 icarə müqaviləsinin müddəti uzadılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yeni icarə müqavilələrinin sayı 2,1 dəfə, müddəti uzadılmış müqavilələrin sayı 1,9 dəfə çox olub.
2025-ci ilin I rübü ərzində Naxçıvanda 2219 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış əmlakların sayında 8,1% artım müşahidə olunub.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
31 d. əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
- 39 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Trampdan Davosda mühüm açıqlamalar
Ən çox oxunanlar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur


















