Neftin kəskin ucuzlaşa biləcəyi ssenari - "Qiymət 40 dollardan aşağı düşə bilər"
"Goldman Sachs" neftin qiymətilə bağlı yenilənmiş ssenari proqnozlarını açıqlayıb. Qurumun analitikləri qlobal iqtisadi artımın yavaşlaması və OPEC+ karteli tərəfindən hasilatın azaldılmasınının tam dayandırılması kimi “ekstremal” ssenaridə Brent markalı neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşə biləcəyini proqnozlaşdırırlar. Qurumun əsas ssenarisində Brent nefti üzrə gələn il üçün qiymət proqnozu 55 dollardır.
Qlobal investisiya bankı "Goldman Sachs" neft qiymətləri ilə bağlı proqnozunu paylaşıb.
Marja.az xəbər verir ki, bankın analitiklərinin fikrincə, ticarət müharibələrinin təsiri ilə Brent nefti bəzi “ekstremal” ssenarilərdə 2026-cı ilin sonuna kimi kəskin ucuzlaşa bilər.
Analitiklərə görə, qlobal iqtisadi artımın (qlobal ÜDM-in artımının) yavaşladığı, OPEC+ karteli tərəfindən hasilatın azaldılmasınının tam dayandırılması ssenarisində Brent markalı neftin qiyməti 2026-cı ilin sonuna kimi 40 dollardan aşağı düşə bilər.
Analitiklər, ABŞ-ın durğunluğa (tipik bir resessiyaya) daxil olduğu və OPEC-in hazırkı hasilat siyasətini davam etdirdiyi ssenaridə Brent neftinin bu ilin dekabrında 58 dollar, gələn ilin dekabrında isə 50 dollar olacağını gözləyirlər.
Qurumun əsas ssenarisində (ABŞ gömrük tariflərini əhəmiyyətli dərəcədə azaldarsa, ABŞ iqtisadiyyatı tənəzzüldən qaçarsa, OPEC+ iyun və iyul aylarında hasilatı orta dərəcədə artırarsa) Brent neftinin gələn il üçün qiymət proqnozu 55 dollardır. Belə ki, "Goldman Sachs" 2025-ci ilin dekabrınadək Brent və WTI markalı neftin qiymətlərinin bir barel üçün müvafiq olaraq 62 və 58 dollara, 2026-cı ilin dekabrına qədər isə 55 və 51 dollara qədər azalacağını proqnozlaşdırır.
Bununla belə, analitiklər qeyd ediblər ki, neft qiymətləri “davamlı olaraq 40 dollar/bareldən xeyli aşağı səviyyələrdə qala bilməz” və bunun iki səbəbi var: Birincisi, neftin qiyməti aşağı düşdüyü üçün ABŞ-da şist hasilatı ehtimal ki, azalacaq və bu da qiymətin yenidən artması üçün zəmini təmin edəcək. İkincisi, 2025-ci ildə ABŞ-da hər hansı potensial tənəzzülün şiddətli olacağı gözlənilmir.
Qlobal neft bazarları ABŞ Prezidenti Donald Trampın getdikcə artan ticarət müharibələri və müxtəlif ölkələrdən, o cümlədən Çindən intiqam alması ilə sarsılıb. “Brent” markalı neftin bir barelinin qiyməti dünən 63,20 dollara qədər dörd illik minimuma düşdükdən sonra hazırda 64,77 dollara satılır.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
56 d. əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
