Dolların ucuzlaşması sürətlənir: Avro son 3 ilin ən yüksək səviyyəsində
ABŞ və Çin arasında artan ticarət müharibəsi qlobal bazarlardakı investorları "təhlükəsiz sığınacaq" axtarışına məcbur edib. "Təhlükəsiz sığınacaq" alətlərindən biri olan Yapon yeni dollara nisbətdə təxminən yeddi ayın ən yüksək səviyyəsinə çatıb. Yen təxminən 2 faiz dəyər qazanıb və ABŞ dolları / Yaponiya yeni məzənnəsi Asiya ticarətində qısa müddət ərzində 142,88 səviyyəsinə düşüb. Dolların ucuzlaşması davam edir. Avropa İttifaqının valyutası olan avro günə dollar qarşısında 1 faiz artımla başlayıb. Avro/dollar 1,138-ə çatıb.ABŞ və Çin arasında ticarət müharibəsində gərginlik artır. Çinin ABŞ mallarına tətbiq etdiyi tarif dərəcəsini 125 faizə qaldırdıqdan sonra dolların ucuzlaşması sürətlənib.
Marja xəbər verir ki, Çin cavab tədbirlərini gücləndirdiyi üçün Avropa İttifaqının (Aİ) valyutası olan avro dollar qarşısında son 3 ilin ən yüksək səviyyəsinə çatıb. Avro ABŞ dollarına nisbətdə 1,45 faiz bahalaşaraq 1,1473-ü görüb. Dollar İsveçrə frankı qarşısında 1,2 faiz ucuzlaşaraq 0,81405 olub ki, bu da 2015-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.
Bazarlarda iqtisadi narahatlıqlar var. ABŞ-Çin ticarət gərginliyi həm ABŞ, həm də Çin ilə sıx iqtisadi əlaqələri olan Yaponiya üçün birbaşa iqtisadi təhlükə yaradır.
Artan qeyri-müəyyənlik mühiti investorlar arasında riskdən yayınma meylini artırıb və bu da Yapon yenində bahalaşma təzyiqi yaradıb. Ekspert konkret hədəf səviyyəsini söyləməsə də, USD/JPY (dollar/yen) məzənnəsinin psixoloji hədd olan 140-a düşə biləcəyini deyib.
Dollar/Yen 143-dən aşağı düşüb
Günə 143,20 səviyyəsində başlayan dollar/yen məzənnəsi gün ərzində 0,87 faiz azalaraq 143 səviyyəsindən aşağı düşüb. Bazar analitikləri, təhlükəsiz sığınacaq tələbi davam edərsə, Yapon yenində bahalaşma tendensiyasının davam edə biləcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, təhlükəsiz sığınacaq olan qızıl da bahalaşır. Bu gün qızılın unsiyasının qiyməti 3250 dolları da keçərək rekord yeniləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 8 saat sonra
-
- 3 saat sonra
-
13 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
13 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
14 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb




















.jpg)
