Ən böyük bank 66 milyon manata yaxın xalis mənfəət açıqladı – MALİYYƏ VƏZİYYƏTİ

Azərbaycanda ilk dəfə səhmlərin ilkin kütləvi təklifinə imza atan və minlərə investoru özünə səhmdar edən "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2025-ci ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "ABB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2025-ci ilin ilk rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57 milyon 942 min manat və ya 20,9% artaraq 335 milyon 102 min manat təşkil edib. 2024-cü ilin ilk rübündə "ABB"nin cəmi əməliyyat gəlirləri 277 milyon 160 min manat olmuşdu.
XƏRCLƏRİ DƏ ARTIB
"ABB"nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2025-ci ilin ilk rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75 milyon 154 min manat və ya 52,8% artaraq 217 milyon 513 min manat təşkil edib. 2024-cü ilin ilk rübündə "ABB"nin cəmi əməliyyat xərcləri 142 milyon 359 min manat olmuşdu.
"ABB"nin cəmi əməliyyat gəlirlərindəki artım, cəmi əməliyyat xərclərindəki artımı 17 milyon 212 min manat üstələdiyindən, 2025-ci ilin ilk rübündə Bankın əməliyyat mənfəəti bir o qədər azalaraq 117 milyon 588 min manata düşüb. 2024-cü ilin ilk rübündə "ABB"nin əməliyyat mənfəəti 134 milyon 801 min manat təşkil etmişdi.
66 MİLYON MANATA YAXIN XALİS MƏNFƏƏT
"ABB" 2025-ci ilin ilk rübünün əməliyyat mənfəətindən 36 milyon 784 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 15 milyon 140 min manat mənfəət vergisi ödəyib. Nəticədə, Bank ilk rübü 65 milyon 665 min manat xalis mənfəət ilə bağlayıb. 2024-cü ilin ilk rübündə "ABB" ASC əməliyyat mənfəətindən 31 milyon 799 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış, 22 milyon 394 min manat mənfəət vergisi ödəmişdi və həmin dövrü 80 milyon 608 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Qeyd edək ki, "ABB"nin cəmi əməliyyat xərclərinin artması əsasən faiz xərclərinin, o cümlədən depozitlər üzrə faiz xərclərinin artması (2 dəfədən çox artıb) ilə əlaqədardır. Bankın əməkhaqqı və digər xərcləri də artıb. Artan xərclər artan gəlirləri silib və bankın mənfəəti düşüb.
CƏMİ AKTİVLƏRİ 14 MİLYARD MANATI KEÇİB
"ABB"nin cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə ilk rübdə 700 milyon 692 min manat və ya 5,1% artaraq 31 mart 2025-ci il tarixində 14 milyard 329 milyon 641 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 118 milyon 107 min manat və ya 1,8% artaraq 6 milyard 468 milyon 908 min manata yüksəlib.
2025-ci ilin yanvar-mart dövründə "ABB"nin istehlak kreditləri portfeli 70 milyon 207 min manat artaraq 1 milyard 868 milyon 915 min manata, biznes kreditləri portfeli 37 milyon 789 min manat artaraq 3 milyard 147 milyon 35 min manata, ipoteka kreditləri portfeli isə 10 milyon 111 min manat artaraq 1 milyard 452 milyon 957 min manata çatıb.
DEPOZİT PORTFELİ BÖYÜYÜB
2025-ci ilin yanvar-mart dövründə "ABB"nin cəmi depozit portfeli 121 milyon 859 min manat və ya 1,2% artaraq 10 milyard 128 milyon 401 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2025-ci il tarixində "ABB" ASC 1 milyard 817 milyon 982 min manat məcmu kapitala malik olub (31 dekabr 2024-cü il tarixində1 milyard 743 milyon 760 min manat təşkil etmişdi). Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 18,64% (norma minimum 6%), məcmu kapitalının adekvatlıq əmsalı 19,31% (norma minimum 12%), Leverec əmsalı 11,95% (norma minimum 5%) təşkil edib.
Qeyd edək ki, "ABB" ASC aktivlərinin həcminə görə Azərbaycanda ən böyük bankdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
6 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
6 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 7 saat əvvəl
-
7 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 7 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
