Şirkət 87 hektar sahədə tütün əkib
Respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Qax və Şəki rayonlarında “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il, ümumilikdə, 185 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkini nəzərdə tutulur. İndiyədək bu rayonlarda 87 hektar sahəyə tütün şitilləri köçürülüb.
Bu barədə MMC-dən məlumat verilib.
Bildirilib ki, tütün istehsalı ilə əlaqədar cari ildə cəmiyyət tərəfindən şimal-qərb rayonlarında 16 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 125 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən bu il şimal-qərb bölgəsində 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
MMC-dən verilən məlumata görə, bu günədək Zaqatala rayonunda 27 hektar, Qaxda 29 hektar, Şəki rayonunda isə 8 hektar sahəyə tütün şitilləri köçürülüb. Eyni zamanda, şirkətin özü tərəfindən də indiyədək 23 hektar sahədə tütün əkilib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























