Unicapital “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” seçildi
(®) Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan Unicapital beynəlxalq səviyyədə daha bir uğura imza atıb.
Tanınmış “The Global Economics” təşkilatının keçirdiyi illik mükafatlandırma çərçivəsində Unicapital “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” nominasiyasının qalibi elan edilib.
Bu mükafat Unicapital-ın müştəri yönümlü fəaliyyət strategiyasının, şəffaf kommunikasiya modelinin və yüksək xidmət standartlarının beynəlxalq səviyyədə tanındığını göstərir.
Unicapital-ın Baş direktoru Vüqar Namazov bu uğurla bağlı bildirib:
“Bizim əsas məqsədimiz hər zaman müştərilərimizin ehtiyaclarını dinləmək, onlara operativ və peşəkar dəstək göstərməkdir. Bu mükafat bizim komandamızın fədakar əməyinin və müştəri məmnuniyyətinə verdiyimiz önəmin bariz göstəricisidir”.
“The Global Economics” təşkilatı hər il müxtəlif ölkələrdə maliyyə, bankçılıq, sığorta, investisiya və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin fəaliyyətini qiymətləndirir və innovasiya, xidmət keyfiyyəti, müştəri məmnuniyyəti kimi meyarlar əsasında ən yaxşıları mükafatlandırır.
Hazırda müştəri sayı bir milyonu ötən Unicapital gələcəkdə də müştəri məmnuniyyətini əsas prioritet kimi saxlayaraq, xidmət keyfiyyətini daha da artırmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
19 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 22 d. əvvəl
-
31 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
34 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
























