Londonda Azərbaycanın "yaşıl" sərmayə imkanları müzakirə olunub, investorlar əməkdaşlığa dəvət olunublar
Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Azərbaycanın yaşıl sərmayə imkanları və regionun inkişaf perspektivləri müzakirə olunub.Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” mövzusunda investisiyaya baxış sessiyası keçirilib.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə rəhbəri Natali Mouravidzenin moderatorluğu ilə keçirilən sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika nazirinin müavini Elnur Sultanov, “Masdar” şirkətinin baş maliyyə direktoru Mazin Xan, "McKinsey & Company" şirkətinin baş tərəfdaşı Yermolay Soljenitsin regional əməkdaşlıq, yaşıl enerji keçidi, dövlət-özəl sektor tərəfdaşlığı və digər məsələlər barədə sualları cavablandırıblar.
Sessiyada regional iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq dəyərlərin formalaşmasında önəmli rol oynayan yaşıl enerji dəhlizində Azərbaycanın enerji habı kimi strateji mövqeyi vurğulanıb. Ölkəmizdə yaşıl enerji keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işlər qeyd olunub.
Vurğulanıb ki, ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş razılaşmalar yaşıl enerjiyə keçid sahəsində regional əməkdaşlığı təşviq edir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, bərpa olunan enerji resursları yerli və xarici investorları cəlb edir. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələrdə özəl sektor fəal iştirak edir.
Bildirilib ki, ölkəmizin sənaye zonalarının enerji təchizatında yaşıl enerjidən istifadə, bu sahədə istehsalın lokallaşdırılması və bərpa olunan enerji layihələrinə sərmayə qoyuluşları önəm kəsb edir.
Sessiyada qeyd olunub ki, Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq edir və ölkəmiz bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır. Bu kommunikasiya Azərbaycanın regional tərəfdaşları, o cümlədən Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir.
Vurğulanıb ki, Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir. Ələt Azad İqtisadi Zonasında tranzit və sənaye zonalarının sinerjisi yaradılıb. Bu da regionun iqtisadi-ticarət potensialının artırılmasına xidmət edir.
Sessiyada investorlar ölkəmizlə rəqəmsal iqtisadiyyat, yaşıl enerji keçidi, logistika, sənaye kimi sahələrdə fəal əməkdaşlığa dəvət olunublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
-
54 d. əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
15 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
Ən çox oxunanlar
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub





























