Epoint və United Payment arasında Memorandum imzalandı
(®) Global Innovations (Epoint) və United Payment arasında qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq barədə Memorandum imzalanıb. Bu razılaşma çərçivəsində tərəflər müştərilərə innovativ ödəniş həlləri təqdim etmək məqsədilə bir sıra sahələrdə birgə fəaliyyət göstərəcəklər.
Əməkdaşlığın əsas məqsədi rəqəmsal ödəniş infrastrukturunu daha da gücləndirmək, sahibkarlara və istifadəçilərə çevik, təhlükəsiz və çoxkanallı ödəniş xidmətlərini təqdim etməkdir.
Memorandumun əsas istiqamətləri aşağıdakılardır:
1. Nağd vəsaitlərin yığılması xidmətləri
- Nağd vəsaitlərin qəbulunu təmin edən terminalların inteqrasiyası və bu xidmətlərin son istifadəçilərə təqdim olunması
- Nağd vəsaitlərin toplanması üzrə hesablaşmaların həyata keçirilməsi
2. Ekvayrinq xidmətləri
- Bank kartları ilə ödənişlərin qəbul olunması və köçürülməsi üzrə texniki inteqrasiya və xidmətlərin təqdim olunması
- Token və biometrik ödənişlərin qəbul edilməsi və köçürülməsi
- Mobil POS həllərinin təqdim olunması
- Elektron cüzdanlar vasitəsilə ödənişlərin qəbulu və emalı
- Kredit və taksit kartları ilə hissəli ödənişlərin qəbulu
- Ekvayrinq xidmətləri üzrə hesablaşmaların aparılması

Bu strateji əməkdaşlıq həm Epoint, həm də United Payment üçün texnoloji sinerji yaradaraq, tərəfdaş şəbəkəsini genişləndirmək və son istifadəçilərə daha yüksək səviyyədə xidmət göstərmək məqsədi daşıyır.
“Biz bu əməkdaşlığı ödəniş sənayesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Məqsədimiz — sahibkarlara innovativ ödəniş vasitələri təqdim etmək və bazarda rəqabət üstünlüyü qazandırmaqdır.”, - deyə Global Innovations şirkətinin rəhbəri Zeynal Kərimzadə qeyd edib.
“Bu Memorandumun məqsədi, ölkəmizin maliyyə texnologiyaları sahəsindəki əməkdaşlıqların gücləndirilməsi, innovativ ödəniş alətlərinin daha geniş, dayanıqlı və təhlükəsiz istifadəsini təmin etməkdir” – deyə United Payment şirkətinin rəhbəri Edqar Abdullayev qeyd edib.
1. Ətraflı məlumat üçün:
+99470 242 99 66
[email protected]
2. Ətraflı məlumat üçün:
unitedpayment.az
+99451 201 69 26
[email protected]
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycanın 2 şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti













.jpg)







