Unibankın dollar istiqrazlarına 61 investor 61 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin 4 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Brjanın yaydığı məlumata görə, qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır. İstiqrazlara 61 investor 61 sifariş təqdim edib və tam həcmdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Unibank Kommersiya Bankı" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2018002025
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı: 4 000 ədəd
İlkin ticarət qiyməti: 1000 ABŞ dollar
Buraxılış həcmi: 4 000 000 ABŞ dollar
İllik gəlirlilik faizi: 8%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti: 6 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 4000000 ABŞ dollar
Reallaşdırılmış həcm: 4000000 ABŞ dollar
Hərrac qiyməti: 1000 ABŞ dollar
İnvestor sayı: 61
Sifariş sayı: 61
Anderrayter: “Unicapital İ.Ş.” ASC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























