"FINCA Azerbaijan"ın xərcləri artıb, mənfəəti azalıb
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2024-cü ili 3 milyon 156 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, kredit təşkilatı 2023-cü ili 3 milyon 908 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "FINCA Azerbaijan"ın xalis mənfəəti 752 min manat və ya 19,2% azalıb.
Marja.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, xalis mənfəəti azalması əsasən faiz xərclərinin, inzibati və əməliyyat xərclərinin artması ilə bağlıdır (cəmi 2 miylon 937 min manat artıb). Ötən il "FINCA Azerbaijan"ın inzibati və əməliyyat xərclərin 1 milyon 825 min manat və ya 13,9% aratarq 13 milyon 159 min manat, faiz xərcləri isə 1 milyon 112 min manat və ya 27,1% artaraq 5 miylon 212 min manat təşkil edib.
Ötən il "FINCA Azerbaijan"ın faiz gəlirləri isə 2 milyon 648 min manat və ya 20% artaraq 20 milyon 361 min manat təşkil edib.
Keçən il "FINCA Azerbaijan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7 milyon 379 min manat və ya 13% artaraq 31 dekabr 2024-cü il tarixində 63 milyon 920 min manata çatıb.
Qeyd edək ki, "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı qeydiyyatdan keçmiş ofisi Niderlandda yerləşən "FINCA Microfinance Cöperatief U.A" Təşkilatının törəmə müəssisəsidir. Təşkilatın əsas nəzarətçi tərəfi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təsis edilmiş "FINCA International, Inc." qeyri-kommersiya təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
32 d. əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
-
-
49 d. əvvəl
Azərbaycan startapı ümumi dəyəri 70 min dollardan çox olan müqavilələr bağlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sabah axşama doğru şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
“Xəyal Adası” mənfəəti xəyal edir - ZƏRƏRDƏN ÇIXA BİLMƏYİB
Bankların kredit portfelinin artım tempi sürətlənib
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb
Ən çox oxunanlar
AFB Bank: İstiqrazlara yüksək tələbat olub
İmişlidə 33 milyon manatlıq zavod istifadəyə verildi
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI
Su filtrlərinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb - PREZİDENT MÜƏSSİSƏDƏ OLUB




















.jpg)




.jpg)
