Maliyyə naziri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
İyunun 2-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli əməkdaşlıq və bank tərəfindən ölkəmizin inkişaf hədəflərinə verilən davamlı dəstək yüksək qiymətləndirilib, bu əməkdaşlığın səmərəli şəkildə əlaqələndirilməsində və milli prioritetlərin müəyyənləşdirilməsində AİB-nin Bakı nümayəndəliyinin rolu qeyd olunub.
Görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyası layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Həmçinin Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı, Bakı Metropoliteninin genişləndirilməsi, içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və tullantı sularının idarə olunması, bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları, eləcə də Şimal-Cənub və Orta Dəhliz nəqliyyat dəhlizləri boyunca logistika və nəqliyyat infrastrukturunun modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Vitse-prezident Y.Yanq Azərbaycanın AİB-nin yoxsulluğun azaldılması və həyat keyfiyyətinin artırılması məqsədilə əsasən aşağı gəlirli üzv ölkələrə maliyyə yardımı göstərən Asiya İnkişaf Fonduna (AİF) verdiyi dəstəyi yüksək qiymətləndirib.
Nazir S.Babayev “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun olaraq dövlət borcunun idarə olunmasında dayanıqlılığın təmin edilməsi və iqtisadi sabitliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər, habelə bugünlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətində görüləcək tədbirlər barədə qonağı məlumatlandırıb, işğaldan azad edilən ərazilərdə məşğulluğun inkişafında AİB-nin mühüm rol oynaya biləcəyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 28 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib

























