Baku Steel Company 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində
Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (bundan sonra – BSC) 2-4 iyun 2025-ci il tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan 30-cu Yubiley Bakı Enerji Forumu və Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir.
Bu il Bakı Enerji Həftəsinə 39 ölkədən 267 şirkət toplanıb. Mötəbər tədbirə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya kimi ölkələr qatılıblar.
02 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasiminə qatılaraq, çıxış edib və sərgi ilə tanış olub.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçılarından biri olan və bu il də tədbirin gümüş sponsoru qismində iştirak edən BSC, Bakı Ekspo Mərkəzinin 1-ci zalında 1C322 ünvanlı stendində öz yüksək keyfiyyətli, API və digər beynəlxalq sertifikatlara malik, məhsullarını sərgiləyir. Tədbirin ziyarətçiləri və iştirakçıları arasında böyük marağa səbəb olan stenddə BSC-nin geniş çeşiddə polad məhsulları, xüsusilə neft-qaz istismarı layihələrində istifadə olunan tikişsiz boruları, həmçinin ferrosilisium məhsulu nümayiş olunur.
Qeyd edək ki, bu gün Bakı Enerji Həftəsinin 30-cu yubileyi münasibətilə Bakı Ekspo Mərkəzinin həyətyanı ərazisində keçirilən ağacəkmə aksiyasında Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin iştirakçıları ilə yanaşı BSC-nin nümayəndələri də fəal iştirak ediblər.
Bakı Ekspo Mərkəzindəki stendimiz qabaqcıl metallurgiya həlləri ilə maraqlanan sənaye mütəxəssisləri və tərəfdaşlar üçün açıqdır.
Sərgidən şəkillər:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























