Pambıq sahəsi üzrə sığorta haqqı məhsulun dəyərinin 1%-dən də azdır
Aqrar Sığorta Fondu Ağcabədi, Ağdam, Tərtər və Bərdə rayonlarında fermerlərlə görüşlər keçiribAqrar Sığorta Fondu ölkədə pambıq əkini mövsümü və pambıq sahələrinin sığortalanması ilə əlaqədar olaraq pambıqçılıq rayonlarında fermerlərlə görüşləri davam etdirir.
Aqrar Sığorta Fondunun nümaynədələri Ağdam, Tərtər və Bərdə rayonlarında pambıq əkini ilə məşğul olan fermerlərlə çoxsaylı görüşlər keçiriblər.
Görüşlərdə Azərbaycanda aqrar sığorta mexanizmi, onun əhatə etdiyi bitkilər, sığortanın qoruduğu risklər və hadisələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan dövlət dəstəkli aqrar sığorta mexanizmi üzrə sığortalanan əkin sahələri genişlənməkdə, sığorta ödənişləri artmaqdadır. Belə ki, 2023-cü ildə ölkə üzrə 4,4 milyon manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə bu rəqəm 6,4 milyon manata yüksəlib.
Keçirilən görüşlərdə pambıq bitkisinin sığortalanması üzrə şərtlər və tələblər, sığortanın əhatə etdiyi hallar, əkin sahəsində hadisə baş verdikdə zərərin qiymətləndirilməsi və sığorta ödənişi barədə ətraflı məlumat verilib.
Ağdam, Tərtər və Bərdə rayonlarında yerli icra hakimiyyətlərinin dəstəyi ilə təşkil edilən görüşlərdə ölkənin əsas pambıqçılıq şirkətlərindən olan «Prime Cotton» MMC-nin nümayəndələri də iştirak edib.
Fermerlərə məlumat verilib ki, aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, fırtına, qasırğa, dolu, sel-subasma, leysan yağışları, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkəti kimi hadisələrdən qoruyur.
Sığorta haqqının 50%-ni isə fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə sözügedən rayonlarda – Ağdam, Bərdə və Tərtərdə 40 sentner pambığın yığılması gözlənilən 1 hektar sahənin sığortalanması fermerə cəmi 29 manata başa gəlir. Bu – pambıq sahəsindən yığılan məhsulun dəyərinin 1%-dən də azdır.
Bildirilib ki, son illər ölkədə sığortalanan pambıq əkin sahələri genişlənməkdədi r. Belə ki, 2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edilmişdisə, 2024-cü ildə bu rəqəm 29 min hektara yaxınlaşıb.
Görüşlərdə fermerlərə sığorta haqları, hadisə baş verdikdə zərərin qiymətləndirilməsi, sığorta ödənişi prosesi, o cümlədən pambıq sahələrinin leysan riskindən sığortası ilə bağlı ətraflı məlumat verilib.
Görüşlərdə qeyd edilib ki, pambıq sahələrinə ən çox zərər vuran hallar leysan, dolu və sel-subasma hadisələridir. Pambıq əkən fermerlərə ən böyük ödənişlər də bu hadisələr üzrə həyata keçirilir.
Qeyd edək ki, hazırda pambıq – ən çozx sığoorta ödənişi həyata keçirilən məhsullardandır. Son illər ərzində pambıq sahələrinə dəymiş zərərlər üzrə ödənişlər sürətlə armaqdadır. İqlim dəyişiklikləri və təbiət hadisələrinin artmasını nəzərə aldıqda isə pambıq sahələrinin risklərdən qorunması üçün ən sərfəli üsul isə aqrar sığortadır.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 28 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib




























