Asiya İnkişaf Bankı Azərbaycanın təkliflərini müsbət qarşılayıb
Asiya İnkişaf Bankı ilə sahil infrastrukturunun qurulması və təbii qaz sahəsində əməkdaşlıq müzakirə edilib. əniz külək enerjisinin sahilə ötürülməsi üçün zəruri infrastrukturun yaradılması üzrə AİB ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti cənab Yingming Yang arasında görüş keçirilib.
Görüşdə enerji sahəsində AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji gündəliyinin əsas prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Bankın enerji balansının şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması və regional enerji əlaqələrinin qurulmasına önəm verən siyasəti çərçivəsində əməkdaşlıq imkanlarına maraq göstərilib.
Bildirilib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının birinci mərhələsi başa çatmaq üzrədir və bu mərhələ çərçivəsində 2027-ci ilədək enerji sisteminə 2 QVt həcmində “yaşıl enerji” güclərinin inteqrasiyası planlaşdırılır. Bundan başqa, Xəzər dənizində külək enerjisindən istifadə ilə bağlı layihələr, Avropa, Türkiyə və Mərkəzi Asiya istiqamətlərində müxtəlif “yaşıl enerji dəhlizləri”nin inkişafı istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Bu xüsusda AİB-in “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına maliyyə dəstəyi yüksək qiymətləndirilib.
Görüş zamanı qeyd olunub ki, dənizdə istehsal ediləcək enerjinin bir qisminin ölkənin enerji sisteminə inteqrasiyası, digər hissəsinin isə ixraca yönəldilməsi planlaşdırılır. Bu baxımdan, dəniz külək enerjisinin sahilə ötürülməsi üçün zəruri infrastrukturun yaradılması üzrə AİB ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sahil infrastrukturlarının qurulması və Avropaya təbii qaz tədarükünün genişləndirilməsi ilə bağlı əməkdaşlıq təkliflərinin AİB tərəfindən müsbət qarşılandığı bildirilib. Enerji interkonnektorları və istilik təchizatı sahəsində əməkdaşlıqla bağlı da müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI




























