Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
(®) Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına yönələn “Leading for Organizational Impact” proqramına start verib.
18 nəfərdən ibarət rəhbər heyət üçün hazırlanan proqram liderlik sahəsində aparıcı institutlardan biri olan “Center for Creative Leadership” (CCL) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Üç modullu proqram çərçivəsində iştirakçılar həm nəzəri, həm də praktiki liderlik bacarıqlarını qlobal trendlər və qabaqcıl idarəetmə yanaşmaları ilə möhkəmləndirirlər.
Layihə çərçivəsində bankın lider heyəti ING, Lloyds Bank London və OTP Bank kimi nüfuzlu maliyyə institutlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Amsterdam şəhərində keçirilən praktiki sessiyalara qatılıblar. Belə ki, ING Bank-ın Maliyyə Cinayətkarlığının Qarşısının Alınması üzrə Qlobal rəhbəri Ivar Lammers, ING Bank-ın Süni İntellekt və Müştəri Təcrübəsi üzrə Direktoru Bart Jansen, Lloyds Bank London-un Ödənişlər və İnkişaf üzrə Direktoru Samantha Emery və OTP Bank-ın Bank Əməliyyatları üzrə Direktoru Aleksandra Brdar Turk tərəfindən müasir bankçılıq trendləri, maliyyə cinayətkarlığının qarşısının alınması, süni intellektin tətbiqi və müştəri təcrübəsinin inkişafı kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin bu təşəbbüsün davamı olaraq, 2-5 iyun 2025-ci il tarixlərində qlobal ödəniş texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan Visa ilə əməkdaşlıq çərçivəsində bankın rəhbər heyətinin nümayəndələri Money 20/20 Europe forumunda da iştirak edibrlər. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin sektorun ən son yeniliklərinin təqdim olunduğu müxtəlif vörkşoplarda fəal şəkildə yer alırlar.
Tədbir haqqında fikirlərini bölüşən bankın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova bildirib: “ Liderlik DNT-mizin təməl prinsiplərindən biri də məhz özümüzün lideri olmağı daim öyrənməyi, inkişaf etməyi, innovasiyalar və qlobal təcrübə ilə ayaqlaşmağı təbliğ edir. Bununla bərabər rəqabətli və daim dəyişən maliyyə bazarında güclü mövqeyimizi qorumaq və daha da möhkəmləndirmək üçün qlobal səviyyədə ən yaxşı təcrübələri izləmək və düzgün şəkildə tətbiq etmək bizim üçün vacibdir. Düşünürəm ki, istər bu təcrübə proqramının təşkili, istərsə də Money 20/20 Europe kimi beynəlxalq tədbirdə iştirak liderlərimizin strateji yanaşmasını daha da gücləndirəcək və bankımızın inkişafına dəyər qatacaq. Qlobal səviyyədə liderlik bacarıqlarının formalaşdırılması və innovativ yanaşmaların öyrənilməsi bizim üçün sadəcə seçim deyil – bu, liderlik yolumuzun ayrılmaz hissəsidir”.
Qeyd edək ki, Money 20/20 Europe maliyyə xidmətləri və texnologiyaları sahəsində dünyanın aparıcı banklarını, fintex şirkətlərini, ödəniş platformalarını və tənzimləyici qurumların nümayəndələrini bir araya gətirən ən böyük beynəlxalq tədbirlərdən biridir. Forumun əsas məqsədi maliyyə sahəsində innovasiyaların, rəqəmsal transformasiya trendlərinin və yeni əməkdaşlıq modellərinin təşviq olunmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
-
21 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
31 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
52 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























