MMC-lərin 41 %-i, SC-lərin 15%-dən çoxu auditdən keçməyib
Ölkənin audit bazarı 15 %-dən çox böyüyüb.
2024-cü ildə Azərbaycandakı auditor təşkilatları və sərbəst auditorlar 153,4 milyon manat məbləğində 7 193 müqavilə bağlayıb.
Auditorlar Palatasına istinadən xəbər verilir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 15,2 % çox və 0,5 % azdır.
Beləliklə, ötən il audit bazarında 1 müqavilənin dəyəri orta hesabla 21,3 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 15,8 % çoxdur.
Hesabat dövründə bağlanmış müqavilələrdə Böyük 4-lüyün (“Deloitte”, “PricewaterhouseCoopers”, “Ernst & Young” və KPMG) payı məbləğ olaraq 64,1 %, say olaraq isə 15,1 % olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 4,8 faiz bəndi və 1,3 faiz bəndi çoxdur.
2024-cü il ərzində bağlanmış müqavilələrdən 117,9 milyon manat məbləğində 6 353-ü yerinə yetirilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 23,8 % və 0,7 % azdır.
Beləliklə, ötən il audit bazarında yerinə yetirilmiş 1 müqavilənin dəyəri orta hesabla 18,5 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 24,2 % çoxdur.
Azərbaycanda ötən il MMC-lərin 41 %-i auditdən keçməyib
2024-cü ildə Azərbaycanda 3 368 məhdud məsuliyyətli cəmiyyət (MMC) məcburi audit subyekti olub. Bu, 2023-cü illə müqayisədə 17,7 % çoxdur.
Ötən il auditdən keçmiş MMC-lərin sayı isə 2,2 % artaraq 1 984-ə, onların xüsusi çəkisi isə 68 %-dən 58,9 %-ə düşüb. Başqa sözlə, il ərzində MMC-lərin 41,1 %-i auditdən keçməyib.
Azərbaycanda ötən il səhmdar cəmiyyətlərinin 15%-dən çoxu auditdən keçməyib
2024-cü ildə Azərbaycanda 403 səhmdar cəmiyyəti (SC) məcburi audit subyekti olub. Bu, 2023-cü illə müqayisədə 6,9 % çoxdur.
Ötən il auditdən keçmiş SC-lərin sayı isə 59,3 % artaraq 341-ə, onların xüsusi çəkisi isə 57 %-dən 84,6 %-ə yüksəlib. Başqa sözlə, il ərzində SC-lərin 15,4 %-i auditdən keçməyib.
Azərbaycanda məcburi audit subyektlərinin sayı 10 % artıb
2024-cü ildə Azərbaycanda 5 432 məcburi audit subyekti olub. Bu, 2023-cü illə müqayisədə 10 % çoxdur.
Bununla belə, ötən il auditdən keçmiş qurumların sayı 7,2 % artaraq 3 176-ya çatıb, onların xüsusi çəkisi isə 60 %-dən 58,5 %-ə düşüb.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























