Azərbaycanda bir ilk! “Gardashlar Mebel”dən laboratoriyalar üçün yeni nəsil təhlükəsizlik avadanlığı
“Gardashlar Mebel” QSC Azərbaycanda ilk dəfə kimyəvi laboratoriyalar üçün nəzərdə tutulmuş, yerli istehsallı Laboratoriya təhlükəsizlik kabinəsini bazara təqdim edib. Bu avadanlıq laboratoriya şəraitində istifadə olunan zərərli kimyəvi maddələrin buxar və qazlarını təhlükəsiz şəkildə mühitdən uzaqlaşdıraraq, tədqiqatçıların sağlamlığını qoruyur və iş şəraitində yüksək təhlükəsizlik səviyyəsi təmin edir. İndiyədək yalnız xaricdən idxal olunan bu tip qurğular artıq yerli istehsalla əvəzlənərək, həm idxaldan asılılığın azalmasına, həm də ölkə büdcəsinə qənaətə şərait yaradır.
Şirkətin rəhbəri Əli Mirzəyev bildirib ki, bu məhsulun təqdimatı təkcə kommersiya baxımından deyil, eyni zamanda ölkə üçün mühüm sosial və strateji məsuliyyət kimi qiymətləndirilməlidir.
“Uzun illər bu sahədə xarici asılılıq mövcud idi və yerli alternativlərin olmaması istər maliyyə, istərsə də operativ təminat baxımından çətinliklər yaradırdı. Biz bu avadanlığı hazırlayaraq göstərmək istədik ki, artıq ölkə daxilində də texniki və funksional mebellərin istehsalı mümkündür. Məqsədimiz yalnız məhsul satmaq deyil – əsas hədəfimiz milli ehtiyacları öz gücümüzlə qarşılayaraq, ölkənin sənaye imkanlarını nümayiş etdirməkdir. Gardashlar Mebel olaraq bu təşəbbüslə bir daha sübut edirik ki, texnoloji və spesifik mebellərin istehsalında da yerli istehsal potensialına tam güvənmək olar”, – deyə o qeyd edib.
Yeni nəsil Laboratoriya təhlükəsizlik kabinəsi artıq bir neçə müəssisəyə təhvil verilib.Onlardan biri də AMEA Fizika İnstitutudur. İstehsalda istifadə olunan materiallar ekoloji baxımdan təhlükəsizdir və konstruksiya beynəlxalq laboratoriya avadanlıqları üzrə qəbul olunmuş normativlərə uyğunlaşdırılıb. “Gardashlar Mebel”in istehsal və məhsul komandası bu istiqamətdə məhsul çeşidini genişləndirməyi, laboratoriyalar üçün digər texniki həlləri də yerli istehsalla təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, “Gardashlar Mebel” texniki mebel sahəsində ilk dəfə fəaliyyət göstərmir. Şirkət illərdir səhiyyə müəssisələri üçün xüsusi tibbi mebellərin istehsalında ixtisaslaşıb. Bu sahədəki təcrübəsini daha da möhkəmləndirmək məqsədilə, “Gardashlar Mebel” tibb və laboratoriya mebellərinə həsr olunmuş ayrıca ixtisaslaşmış mağazasını da istifadəyə verib. Bu təşəbbüs texniki mebel sahəsində ixtisaslaşmanı dərinləşdirərək, ölkədə peşəkar və davamlı istehsal ənənəsinin formalaşmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb















.jpg)





