2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib.
İSB-nin yaydığı məlumatda bildirilir ki, Strategiya Azərbaycanda icbari sığorta sektorunun dayanıqlı, innovativ və şəffaf inkişafını təmin etmək məqsədilə hazırlanıb.
Qeyd edilib ki, sənəddə İSB-nin 2025-2027-ci illər üzrə əsas hədəfləri və həyata keçiriləcək tədbirlər əksini tapıb.
İSB-nin missiyası icbari sığorta sektorunun inkişafı üçün sürətli biznes həlləri təmin etmək, bu sahədə hüquqi-normativ bazanın tənzimlənməsinə töhfə vermək, etibarlı, işlək icbari sığorta mühiti yaratmaq və inkişaf etdirmək, icbari sığorta xidmətlərini əlçatan etmək, dayanıqlı və etibarlı qarantiya fondu yaratmaq, bu sahədə ən qabaqcıl təcrübə və yenilikləri tətbiq etməkdir.
Hazırda İSB İnformasiya Mərkəzi, Qarantiya Fondu, Sığorta Beyin Mərkəzi, Yaşıl Kart Bürosu və Təbliğat-Təşviqat sahələri üzrə fəaliyyət göstərməklə icbari sığorta sektorunun dayanıqlı inkişafında və effektiv tənzimlənməsində mühüm rol oynayır.
İSB-nin qarantiya fondu kimi maliyyə dayanıqlığının və funksional səmərəliliyinin gücləndirilməsi icbari sığorta sisteminin uzunmüddətli etibarlılığının təmin olunması baxımından əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.
Vahid Məlumat Mərkəzinin yaradılması, data və süni intellekt texnologiyalarının strateji qərarvermə prosesinə inteqrasiyası, sığorta sektorunda innovasiya fəaliyyətinin stimullaşdırılması, eləcə də dayanıqlı və təhlükəsiz İT infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçiriləcək işlər prioritet fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur.
Azərbaycan Yaşıl Kart Bürosunun fəaliyyətinin təkmilləşdirilməsi, Təkmil Metodoloji Mərkəzin yaradılması, effektiv kompensasiya ödənişləri və subroqasiya mexanizminin formalaşdırılması, eləcə də institusional inkişafla bağlı məsələlər də strategiyada öz əksini tapıb. Bununla yanaşı, korporativ idarəetmə modelinin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində əsas fəaliyyət istiqamətləri müəyyən olunub.
Strategiyada müasir idarəetmə prinsiplərinə uyğun olaraq risklərin effektiv şəkildə idarə olunmasını təmin edən sistemin yaradılması, həmçinin rəqəmsallaşma prosesinin sürətləndirilməsi məqsədilə kağız daşıyıcılardan istifadənin minimuma endirilməsi də əsas hədəflər sırasına daxil edilib.
2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası ilə linkdən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
31 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
52 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























