"Qardaşlar Mebel" 2024-cü ili mənfəət ilə başa vurub
Azərbaycanın tanınmış mebel istehsalçısı "Qardaşlar Mebel" QSC 2024-cü ili 1 milyon 21 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 124 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Şirkətin 31 dekabr 2024-cü il tarixində bitən il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Qardaşlar Mebel" şirkətinin satışdan gəlirləri 2023-cü ildə 15 milyon 66 min manat ikən, 2024-cü ildə 14 milyon 919 min manat təşkil edib.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2024-cü il tarixində "Qardaşlar Mebel" QSC 8 milyon 759 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 7 milyon 791 min manat cəmi aktivlərə malik idi.
2024-cü ilin sonunda "Qardaşlar Mebel"in işçilərinin sayı 397 nəfər olub. Ötən il Şirkət tərəfindən 76 nəfər işə qəbul olunub.
Keçən ilin yekunları üzrə "Qardaşlar Mebel" şirkəti tərəfindən dövlət büdcəsinə 255 min 243 manat mənfəət vergisi ödənilib.
"Qardaşlar Mebel" QSC-nin nizamnamə kapitalının 100%-i iş adamı Əli Mirzəyevə məxsusdur.
"Qardaşlar Mebel" şirkəti 2015-ci ildən fəaliyyət göstərir. Şirkət, əsasən ofis mebelləri, yumşaq yataq dəstləri, funksional mətbəx mebelləri, uşaq mebelləri, müxtəlif dizaynlarda stol və stullar, qonaq otağı dəstləri, qarderoblar və TV stendlərinin istehsalı ilə məşğuldur. Şirkət, həmçinin özəl layihələr əsasında təhsil və tədris mərkəzləri, hərbi hissələr, səhiyyə ocaqları, dövlət və özəl müəssisələr üçün müxtəlif təyinatlı mebellərin sifarişini də qəbul edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























