"AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu
Hazırda “AzerGold” şirkətində, törəmə şirkətlərində və podratçılarında 2351 nəfər çalışır.Bu gün “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 9-cu ili tamam olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” QSC 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb.
“AzerGold” QSC-nin yaydığı məlumatda bildirilir ki, artıq 9 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti əlvan və qara metal filizi yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata, sosial-iqtisadi inkişafa davamlı töhfələr verməkdədir.
Qeyri-neft sektorunu təmsil edən aparıcı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC ötən dövrdə yerli və xarici bazarlarda 523 min unsiya qızıl və 989 min unsiya gümüşün satışını həyata keçirərək, ölkə iqtisadiyyatına 1 milyard 690 milyon manatdan çox vəsait cəlb edib. Bu məbləğin 1 milyard 592 milyon manatı ixrac, 98 milyon manatı isə yerli satışlardan əldə olunub. Dövlət büdcəsinə 216 milyon 433 min manat vergi, 34 milyon 845 min manat isə sosial ödəniş həyata keçirilib.
Ölkəmizin ən tələbatlı işəgötürənlərindən biri olan Səhmdar Cəmiyyəti ötən 9 il ərzində birbaşa və dolayı yolla 2351 nəfəri daimi işlə təmin edərək məşğulluğun artırılmasına da mühüm töhfə verib. Hazırda şirkət və törəmə cəmiyyətlərində – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də 1088 nəfər, uzunmüddətli podratçılarda isə 1263 nəfər çalışır. İş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin təmin edilməsi nəticəsində QSC və onun törəmə cəmiyyətlərində xəsarətsiz iş saatlarının ümumi sayı 7.6 milyonu ötüb.
Vurğulanıb ki, QSC əlvan və qara metal yataqlarının kəşfi və tədqiqi sahəsində ən müasir və innovativ texnologiyalardan, o cümlədən hiperspektral və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə etməklə, milli dağ-mədən sənayesinin elmi-texnoloji inkişafına və resurs potensialının dəqiq qiymətləndirilməsinə mühüm töhfə verir.
Bununla yanaşı, Səhmdar Cəmiyyəti “Made in Azerbaijan” brendi altında qızıl və gümüş sikkə, eləcə də qızıl külçə məhsullarını daxili pərakəndə bazarda uğurla realizə etməkdədir. Müasir istehsal həlləri, o cümlədən «Smartminting» texnologiyası ilə hazırlanmış qiymətli məhsullar milli-mədəni dəyərlərimizin təbliğinə töhfə verir, həmçinin yüksək likvidliyə malik etibarlı investisiya aləti kimi çıxış edir.
Fəaliyyətini ekoloji norma və tələblər, sosial məsuliyyətlilik prinsipi əsasında təşkil edən “AzerGold” QSC-nin 9 illik fəaliyyəti onun dayanıqlı inkişaf modelini, qeyri-neft sektorunun şaxələndirilməsindəki rolunu və milli iqtisadiyyata verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir. Dövlət şirkəti bundan sonra da ölkənin mədən sənayesinin və sosial-iqtisadi rifahının inkişafına töhfə verməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
23 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















