TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib - MƏBLƏĞ
Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, Bank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance” tərəfindən idarə olunan nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu ilə yerli valyutada yeni kredit sazişi imzalayıb.
Sazişə əsasən, BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu TuranBank-a 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək, dayanıqlı iqtisadi artımı təmin edərək iqtisadiyyatın inklüziv şəkildə inkişafına töhfə verəcək.
BlueOrchard Mikromaliyyələşdirmə Fondunun Baş Kredit İnzibatçısı Normunds Mizis bildirib: “TuranBank Kiçik və Orta Biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biridir və Bank ilə tərəfdaşlığımızı daha da genişləndirməkdən və Azərbaycanın iqtisadi rifahına birgə töhfə verməkdən məmnunluq duyuruq”.
“TuranBank olaraq iqtisadiyyatın real sektorunun dəstəklənməsi və sahibkarlıq mühitinin inkişafına töhfə verilməsi bizim uzunmüddətli strategiyamızın əsas istiqamətlərindən biridir. Bu saziş, Bankın beynəlxalq maliyyə institutları ilə etibarlı tərəfdaşlıq əlaqələrinin genişlənməsinin və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dayanıqlı dəstəyin təmin olunmasının göstəricisidir. BlueOrchard kimi nüfuzlu investisiya institutu ilə qurulan bu əməkdaşlıq, eyni zamanda, Bankın beynəlxalq maliyyə sektorunda etibarının bariz nümunəsidir” - deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.
Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 25 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
-
1 saat əvvəl
PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
5 ildə kənd təsərrüfatı sektoruna yeni Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat investisiya qoyulması gözlənilir
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək













.jpg)





