Qlobal bazarlarda son vəziyyət
Böyük Britaniyada bu gün statistik məlumatların dərc olunması ərəfəsində funt sterlinq dollar qarşısında ucuzlaşıb. Belə ki, dünən GBP/USD cütlüyü 1.35330 həddini aşağıya doğru test edib, bu gün isə məzənnə 1.35840 səviyyəsinə qədər bahalaşdıqdan sonra 1.35450 səviyyəsinə qədər geriləyib. Eyni dövr ərzində EUR/GBP cütlüyü 0.86340 həddindən 0.86090 həddinə kimi geriləyib.
Qızılın beynəlxalq birjalarda dəyəri artmaqda davam edir. Qiymətli metal cari həftənin minimum səviyyəsi olan 3283$-dan bahalaşaraq 3341$-a qədər artım sərgiləyib. “Brent” markalı neftin bir bareli 69.10$ qiymətinə qədər geriləyib. “Bitcoin” isə tarixi maksimum səviyyəsini yenilədi və hazırda 118440$-a ticarət olunur.
Braziliya prezidenti Luis İnasiu Lula da Silva bəyan edib ki, əgər ABŞ-la yeni məhdudiyyətlər məsələsində razılıq əldə olunmasa, avqustun 1-dən etibarən ölkə Amerikadan idxal olunan məhsullara qarşı qarşılıqlı ticarət tarifləri tətbiq edəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp rəhbərliyindəki administrasiya Braziliya məhsullarına əlavə tariflər tətbiq edəcəyini açıqlamışdı. Vaşinqton bunu Braziliyanın ticarət balansını pozması və ölkənin məhkəmə sistemindəki daxili proseslərlə əsaslandırmışdı. Lula isə bu açıqlamaları ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı ötən həftə 5 min nəfər azalaraq 227 min nəfərə qədər enib. İşsizlik müavinətini almaqda davam edən amerikalıların sayı isə 28 iyunla bitən həftə ərzində 1.965 milyon nəfərə yüksəlib. Bu, 2021-ci ilin noyabr ayından bəri ən yüksək göstəricidir.
2025-ci ilin iyun ayında Almaniyada istehlak qiymətləri 2024-cü ilin eyni ayı ilə müqayisədə 2% artıb. May ayında göstərici 2.1% təşkil etmişdi. Aylıq ifadədə isə qiymətlər dəyişməyib.
Bu gün Birləşmiş Krallıqda açıqlanacaq ÜDM hesabatı, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu, Türkiyədə dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Kanadada açıqlanacaq İşsizlik Səviyyəsi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
2 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
3 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza






















