“Magavto”nun avtomobil ehtiyat hissələri mağazasının fəaliyyəti dayandırıldı
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Marja-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təchiz edilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik qurğularının istismarı vəziyyətinə cavabdeh şəxs təyin edilməyib;
- anbar otaqlarında ştepsel elektrik yuvaları quraşdırılıb, tavan hissəsində isə taxta konstruksiyaların üzəri ilə elektrik xətləri çəkilib;
- anbar sahəsində mallar “Yanğın Təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb;
- işıqlandırıcı cihazların qapalı plafona keçirilməsi təmin edilməyib;
- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonlarından istifadə olunur;
- təxliyə yolları təmiz saxlanılmayıb və obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;
- bina və otaqlarda konstruksiyaların səthləri yanar materialla üzlənilib;
- köməkçi otaqlar təmiz vəziyyətdə saxlanılmayıb;
- insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. sonra
-
18 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 19 d. əvvəl
-
-
26 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
32 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
44 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 48 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























