Baku Steel Company “Azərboru”nun modernizasiyasının ilk mərhələsini tamamlayıb
Cənubi Qafqazın ən böyük polad istehsalçısı olan “Baku Steel Company” QSC (bundan sonra – BSC) Sumqayıt şəhərində yerləşən “Azərboru” İstehsalat Sahəsində genişmiqyaslı modernizasiya layihəsinin ilk mərhələsini tamamlayıb.
Layihə şirkətin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və “Azərboru”nun ixrac yönlü məhsullara əsaslanan müasir yüksək texnoloji istehsalat sahəsinə çevrilməsində mühüm addımdır.
Şirkətin tikişsiz polad boru istehsalı sahəsində strateji təşəbbüsləri iki amillə dəstəklənir:
• 2024-cü ilin noyabr ayında Amerika Neft İnstitutundan (API) beynəlxalq sertifikatın alınması. 2025-ci ilin may ayında keçirilən illik yoxlamadan sonra istehsal proseslərinin API tələblərinə tam uyğunluğu təsdiqləndi və bu, ABŞ bazarı da daxil olmaqla, boru məhsullarının ixracının genişləndirilməsi üçün imkanlar açdı.
• 2024-2025-ci illərdə yeni sinif boruların istehsalı üçün polad pəstahların keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə BSC-nin Bakı şəhərindəki Poladəritmə sahəsində həyata keçirilən texnoloji modernizasiya. Vakuum Qazsızlaşdırma Qurğusunun istismara verilməsi, pəstahların qapalı tökmə texnologiyasının mənimsənilməsi, legirlənmiş elementlərin ərintiyə verilməsi üçün müasir avadanlıqların tətbiqi mühüm layihələrdəndir. Daxili keyfiyyəti idarəetmə standartları da daim təkmilləşdirilir.
“Azərboru”nun modernizasiyasının ilk mərhələsinin əsas məqsədləri:
• Boru məhsullarının istehsal həcminin artırılması;
• Yeni ölçü diapazonları və möhkəmlik sinifləri üzrə məhsul çeşidinin yerli və ixrac bazarları üçün genişləndirilməsi;
• Gələcək məhsul inkişafı üçün texnoloji bazanın yaradılması;
• Regionda BSC-ni fərqləndirə bilən böyük əlavə dəyərə malik yüksək texnologiyalı məhsulların bazarlarına çıxmaq.
Layihənin icrasına İspaniya, İtaliya, Almaniya, Rusiya, Hindistan, Çexiya və Ukraynadan olan avadanlıq və mühəndislik sahəsində ixtisaslaşmış tərəfdaşlar cəlb olunub. Əsas tərəfdaşlar arasında “Danobat”, “Lazzari”, “GH”, “Karl Deutsch”, “Nordinkraft”, “Prestar” və sahənin digər lider şirkətləri yer alır.
İstehsalat dövrünün mərhələləri üzrə əsas layihələr:
İsti yayma sahəsində, modernizasiya çərçivəsində, TPA-250 yayma dəzgahı avadanlıqlarının yenilənməsi elementləri ilə əsaslı şəkildə təmir olunub. Yayma dəzgahının və qızdırıcı sobanın əsas komponentləri dəyişdirilib, “GH Induction/Ajax TOCCO” şirkətinin istehsalı olan yayma xəttindəki boruların induksiya qızdırıcı sisteminin və yeni “Lazzari” düzləndirici dəzgahının quraşdırılması üçün hazırlıq işləri görülüb. Yeni avadanlıq xəttin məhsuldarlığını artırır və yeni növ boruların istehsalına imkan yaradır. Bütün bu işlər qəzasız şəkildə başa çatdırılıb - ümumi həcm 15 min adam/saatdan çox olub.
Qoruyucu borular sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Burada borulara və birləşdirici muftalara yiv açmaq üçün müasir “Danobat” avadanlıqları, avtomatlaşdırılmış boru daşınma xətti və mufta quraşdırma kompleksləri istifadəyə verilib ki, bu da mufta birləşmələrinin məhsuldarlığının əhəmiyyətli dərəcədə artmasına və stabil keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir.
Keyfiyyətə nəzarət sistemi də xeyli gücləndirilib. “Nordinkraft” şirkətinin boruların keyfiyyətinə nəzarət üçün yeni ultrasəs qurğusu və “Karl Deutsch” maqnit-toz defektoskopu - boruların və muftaların keyfiyyətini dəqiq diaqnostika etməyə imkan verən avadanlıqlar istifadəyə verilib.
Modernizasiya şirkətə enerji səmərəliliyi və davamlı inkişaf prinsiplərinə cavab verən müasir istehsal mühiti yaratmağa imkan verdi. Yeni nəsil avadanlıqlar enerji xərclərinin azaldılmasını, xammal itkilərinin minimuma endirilməsini və istehsal olunan məhsulların sabit keyfiyyətini təmin edir. Avtomatlaşdırılmış idarəetmə sistemləri sayəsində texnoloji proseslər dəqiq və çevik şəkildə nəzarətdə saxlanılır.
Əlavə olaraq, Muftaların sinklənməsi sahəsində tullantı sularının təmizlənməsi üçün qurğunun montajı tamamlanıb, yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Bu sistem şirkətin ətraf mühitə təsirinin minimuma endirilməsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini əks etdirir.
Modernizasiyanın ilk mərhələsinin nəticələri:
İstehsal gücü 60 min tona qədər - ikiqat artırılıb;
Yeni ölçü diapazonunda (245 mm diametrə, 20 mm divar qalınlığına qədər) məhsulların istehsalına başlanılıb;
P110 sinfi də daxil olmaqla, yeni məhsul siniflərinin seriya istehsalı mənimsənilib;
Müasir avadanlıqlarda işləmək üçün personala təlim keçirilib, işçilərin ümumi ixtisas səviyyəsi artıb.
“Azərboru”nun modernizasiyasının ilk mərhələsinin həyata keçirilməsi mühüm istehsal nəticəsi olmaqla yanaşı, həm də BSC-nin texnoloji həllər, beynəlxalq tərəfdaşlıq və strateji baxışa əsaslanan dayanıqlı inkişaf modeli qurmaq bacarığının sübutudur. Şirkət Azərbaycanın metallurgiya sektorunda aparıcı oyunçu və qlobal bazarda etibarlı təchizatçı kimi rolunu gücləndirərək istehsal güclərini inkişaf etdirməyə, məhsulların çeşidini genişləndirməyə və keyfiyyətini təkmilləşdirməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
13 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
13 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
14 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























