Azərbaycan mətbuatı 150 yaşında
Bu gün Azərbaycan mətbuatı 150 illik yubileyini qeyd edir. 1875-ci il iyul ayının 22-də nəşrə başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub.
Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmaqla yanaşı, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib.
Bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəcama əsasən Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunur.
Marja.az mətbuatımızın 150 illiyi münasibətilə bütün media işçilərini təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır.
XXX
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi sosial şəbəkə səhifələrində 22 iyul - Milli Mətbuat Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir: “Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Xankəndi, 19 iyul 2025-ci il. III Şuşa Qlobal Media Forumu”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 9 d. əvvəl
- 10 d. əvvəl
-
40 d. əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
54 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yağış yağacaq
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq






















