Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Avropa Mərkəzi Bankının (ECB) cümə axşamı faiz dərəcəsi ilə bağlı qərarı ərəfəsində bu gün beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşır.
EUR/USD valyuta cütlüyü 1.17100 səviyyəsindən 1.17800 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü eyni müddət ərzində 1.35140 həddindən 1.35880 həddinə kimi artıb. Dolların zəifləməsinə baxmayaraq, qızıl dəyər itirib. Qiymətli metal 3439$ səviyyəsinə qədər yüksəldikdən sonra 3370$ səviyyəsinə kimi kəskin geriləyib.
ABŞ prezidenti Donald Tramp bir gün əvvəl bəyan edib ki, Yaponiya ticarət sazişi çərçivəsində Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya edəcək. Bundan əlavə, ABŞ Yaponiyaya avtomobil, həmçinin düyü və digər kənd təsərrüfatı məhsulları ixrac etməyə başlayacaq. Yaponiyadan idxal olunan mallara isə Amerikada 15% həcmində tarif tətbiq olunacaq.
Yaponiya ilə əldə olunan razılaşma, ABŞ-ın 1 avqust üçün müəyyən edilmiş tarif tətbiqi son tarixindən əvvəl digər ticarət tərəfdaşları ilə də razılığa gələ biləcəyi ümidlərini artırır.
“Financial Times” qəzeti çərşənbə günü bildirib ki, Brüssel və Vaşinqton da ticarət sazişi bağlamağa yaxındırlar. Bu sazişə əsasən, Avropadan ABŞ-a idxal olunan mallara tariflər 15% təşkil edəcək. Müzakirə olunan şərtlərə hər iki tərəfin bir sıra mallara, o cümlədən təyyarələrə, alkoqollu içkilərə və tibbi avadanlıqlara tətbiq olunan tariflərdən imtina etməsi daxildir.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da təkrar mənzil bazarında satışlar iyun ayında əvvəlki ayla müqayisədə 2.7% azalaraq illik hesablama ilə 3.93 milyon evə qədər enib. May ayı üzrə göstərici əvvəl açıqlanan 4.03 milyon evdən 4.04 milyon evə qədər yenilənib. Ötən ilin iyun ayı ilə müqayisədə isə təkrar mənzil satışlarında dəyişiklik olmayıb.
Bu gün Bakı vaxtı ilə saat 16:15-də Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Həmçinin, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçıları tərəfindən maraqla izləniləcək. Əlavə olaraq, Almaniyada "GFK" tərəfindən İstehlakçı İnamı İndeksi, ABŞ-da isə Yeni Mənzil Satışlarının Həcmi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
36 d. əvvəl
BOKT-a borcunu ödəmək üçün illik 15 faizlə 4 milyon 750 min manat pul lazımdır
-
- 41 d. əvvəl
-
46 d. əvvəl
DSMF-nin gəlirləri 307 milyon manat, xərcləri 405 milyon manat daha çox olub
-
59 d. əvvəl
Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT
-
1 saat əvvəl
Azərbaycanla Çinin Ningbo limanı arasında əməkdaşlıq üçün işçi qrupu yaradılacaq
-
1 saat əvvəl
8 ayda dövlət büdcəsindən 202 milyon manatdan çox vəsait geri qaytarılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda BYD-lərin sayı 4 dəfə, Changan-ların sayı 2 dəfəyə yaxın artıb
-
1 saat əvvəl
22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Cari ildə 320 minə yaxın ASAN İmza sertifikatı verilib


“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb
Ən çox oxunanlar

22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib

Azərbaycanda ən çox sürülən avtomobillər - YENİ SİYAHI

Azərbaycan neftinin son qiyməti

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib

Rəsmi məzənnələr açıqlandı

Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

Azərbaycanda hər 100 ailəyə 65 şəxsi minik avtomobili düşür
