Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb
Emissiya prospektləri və informasiya memorandumları üzrə şablon sənədlər, eləcə də lisenziyalaşdırma proseslərinə dair təlimatlar hazırlanıbMərkəzi Bank qiymətli kağızlar bazarında şəffaflığın və hüquqi uyğunluğun təmin olunması məqsədilə həyata keçirdiyi maarifləndirici fəaliyyətləri davam etdirir.
Mərkəzi BAnkın yaydığı məlumatda bildirilir ki, bBu istiqamətdə növbəti addım olaraq, “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar” (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla prospekt sənədlərinin şablon formaları hazırlanıb.
Yeni hazırlanmış şablonların əsas məqsədi emissiya prospektlərinin və informasiya memorandumlarının tərtibi zamanı yol verilən nöqsanların minimuma endirilməsi, sənədlərin ümumi keyfiyyətinin artırılması və sənəd tərtibatı prosesinin emitentlər və anderrayterlər üçün daha asan və səmərəli şəkildə təşkil olunmasıdır.
Şablon sənədlərdə Qaydalarda əks olunmuş bəndlər üzrə açıqlayıcı və izahedici qeydlərə də yer verilib. Xüsusilə praktik təcrübədə ən çox sual doğuran və nöqsanların ən çox rast gəlindiyi bəndlər üzrə izahlı qeydlərin hazırlanmasına xüsusi diqqət yetirilib. Bu qeydlərin sənəd tərtibatı zamanı emitentlər üçün praktik vəsait rolunu oynayacağı və prosesi daha çevik və düzgün icra etməyə imkan verəcəyi gözlənilir.
Bundan əlavə, Mərkəzi Bank tərəfindən kapital bazarında lisenziyalaşdırılan şəxslərlə bağlı tənzimləyici çərçivənin daha dolğun anlaşılması məqsədilə lisenziya prosedurlarına dair təlimatlar hazırlanıb. Təlimatlarda lisenziyalaşdırmanın mərhələləri, hər bir prosesdə tələb olunan sənəd və məlumatlar, müraciətlərə baxılma müddətləri və lisenziyanın ləğvi üçün əsaslara dair izahlı məlumatlar qeyd olunub.
Təlimatlarla Mərkəzi Bankın rəsmi internet səhifəsindən aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz:
Emissiya prospektləri: https://www.cbar.az/page-884/emissiya-prospketi-v-informasiya-memorandumlarina-dair-sablon-formalar
Lisenziya prosedurları: https://www.cbar.az/page-885/lisenziya-prosedurlarina-dair-tlimatlar
Mərkəzi Bank qiymətli kağızlar bazarında iştirak edən bütün tərəflərin fəaliyyətini dəstəkləmək və normativ uyğunluğun təmin olunmasına yardımçı olmaq məqsədilə gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
4 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda






















