EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb
Saa 15:33-də yenilənib - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən EcomX e-ticarət təlim və inkubasiya proqramı üç ay davam edən intensiv təlimlər nəticəsində 15 yeni e-ticarət biznesinin yaranması ilə yekunlaşıb.
Marja xəbər verir ki, proqramın kulminasiya nöqtəsi 9 avqustda baş tutan Demo Day tədbiri olub.
Tədbirdə Bakı, Gəncə, Sumqayıt və Lənkərandan seçilmiş 21 layihədən 15-i investorlar, mentorlar və ekosistem nümayəndələri qarşısında ideyalarını təqdim ediblər.
Müsabiqənin qalibləri hər biri 10,000 AZN mükafat qazanaraq bizneslərini genişləndirmək imkanı əldə ediblər.
EcomX proqramı Azərbaycanda ilk dəfə keçirilməsi ilə yanaşı, beynəlxalq proqramlarda iştirak etmiş təlmçi və mentorların dəstəyi ilə hazırlanmışdır. ecomX inkubasiya proqramının layihə rəhbəri Orxan Əhmədovun verdiyi məlumata əsasən, 2025-ci ilin fevral–aprel aylarında keçirilən “e-ticarətə giriş” təlimlərinə 780-dən çox müraciət daxil olmuş və 180-dən çox iştirakçı e-ticarətin əsasları, məhsul seçimi, rəqəmsal marketinq və platforma idarəçiliyi üzrə biliklər əldə etdikləri barədə sertifikatla təltif olunublar. Daha sonra May ayında təşkil olunan ideaton mərhələsində 50-dən çox layihə arasından 21 perspektivli ideya inkubasiya proqramına qəbul olunub. May–iyul aylarında isə iştirakçılar 36 onlayn və 12 canlı tədbirdə məhsul inkişafı, hüquqi əsaslar, maliyyə planlaması və bazar strategiyaları üzrə təlimlər alaraq ideyalarını real bizneslərə çevirməyə nail olublar.
EcomX Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və regionlarda sahibkarlığın təşviqinə töhfə vermişdir. Proqram BONPARA şirkəti tərəfindən təşkil olunub və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SUPVC, Azərbaycan E-ticarət Birliyi, eləcə də .ini, E-point, Brandmaker, CİB.business və Kargomat şirkətlərinin dəstəyi ilə həyata keçirilmişdir.
Proqramın uğurla başa çatması, Azərbaycanda e-ticarət biznesinə olan maraq və bu sahənin perspektivlərinin yüksək olduğunu bir daha təsdiq etmiş olub. Təşkilatçılar ecomX proqramının növbəti mərhələsinin tezliklə elan olunacağı və yeni bizneslərin yaranmasına dəstək göstərəcəklərini qeyd ediblər. EcomX proqramı nəticəsində yaranan 15 yeni biznes yerli və qlobal bazarda Azərbaycanın yeni nəsil sahibkarlarını təmsil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









