Azərkosmos-da kosmik zərər
Azərkosmos-un yığılmış zərəri 379 milyon 573 min manata çatıb.Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2024-cü ili 32 milyon 250 min manat xalis zərər ilə başa vurub. Agentlik 2023-cü ili 54 milyon 454 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, Azərkosmos-un xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 22 milyon 204 min manat və ya 40,8% azalıb. Xalis zərərin düşməsi xərclərin kəskin azaldılması ilə əlaqədardır.
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, Azərkosmos-un əsas əməliyyat gəlirləri 2023-cü ildə 41 milyon 181 min manat ikən, 2024-cü ildə 37 milyon 693 min manata düşüb (3 milyon 488 min manat və ya 8,5% azalıb). Xidmətlərin maya dəyəri isə 2 milyon 675 min manat və ya 6,5% azalaraq 38 milyon 150 min manat təşkil edib.
Ötən il Azərkosmos-un ümumi və inzibati xərcləri isə 11 milyon 998 min manat və ya 34,8% azalaraq 22 milyon 446 min manata düşüb. Agentliyin maliyyə və digər xərcləri də azalıb.
31 dekabr 2024-cü il tarixində Azərkosmos-un yığılmış zərəri 379 milyon 574 min manata çatıb. Yığılmış zərər 2023-cü ilin sonunda 347 milyon 324 min manat idi. Həmçinin yığılmış zərər Agentliyin 617 milyon 424 min manatlıq kapitalının bir hissəsini silib və 237 milyon 850 min manata düşüb.
31 dekabr 2024-cü il tarixində Azərkosmos 502 milyon 675 min manat cəmi aktivlərə malik olub.
Qeyd edək ki, Azərkosmos peyk xidmət və həllərinə daima artan qlobal tələbatı qarşılamaq üçün 2010-cu ildə regionda ilk peyk operatoru kimi yaradılmışdır. Agentlik tərəfdaşlarına peykləri vasitəsilə telekommunikasiya və Yerin müşahidəsi xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
8 saat əvvəl
"Laricanini öldürdük, İran xalqına rejimi devirmək şansı verdik"
-
9 saat əvvəl
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib
-
11 saat əvvəl
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim edib - VİDEO
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi çərçivəsində həcmi 4 milyon tona çatdırılıb
Supermarket şəbəkəsinin Gəncədə 8-ci mağazası açılıb
Nazirin müavinlərinin sayı artırıldı - PREZİDENTDƏN FƏRMAN
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb
Ən çox oxunanlar
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
“AzFinance” şirkətinin keçmiş direktoru həbs edilib - "Nazirin oğlunun 1 milyon manatdan çox pulunu ələ keçirib"


























