ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür
Cümə günü neft qiymətləri enib.
Marja xəbər verir ki, ABŞ-da yanacağa olan tələbatla bağlı artan narahatlıqlar, Federal Ehtiyat Sisteminin (Fed) bu il həyata keçirdiyi ilk faiz endiriminin istehlakı artıracağına dair gözləntiləri kölgədə qoyub.
London birjasında Brent markalı neftin noyabr fyuçersləri Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, 0,4% azalaraq bir bareli 67,14 dollara, ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri də 0,4% azalaraq 63,34 dollara geriləyib.
Buna baxmayaraq, hər iki əsas neft markası ardıcıl ikinci həftəni artımla başa vurmağa hazırlaşır.
Fed çərşənbə günü uçot dərəcəsini 0,25 faiz bəndi aşağı salıb və əmək bazarında zəifləmənin əlamətlərinə cavab olaraq daha çox endirimlərin olacağını istisna etməyib. Adətən daha aşağı faizlər (borclanma xərcləri) neftə olan tələbi artıraraq qiymətləri yüksəldir.
“Bazar ziddiyyətli siqnallar arasında sıxışıb qalıb. Tələbat tərəfdən baxsaq, Enerji İnformasiya Administrasiyası da daxil olmaqla bütün enerji agentlikləri zəifləyən tələblə bağlı narahatlıqlarını ifadə ediblər və bu da yaxın perspektivdə ciddi qiymət artımı gözləntilərini zəiflədir. Təklif tərəfdə isə OPEC+ ölkələrinin hasilatı artırmaq planları və ABŞ-ın yanacaq məhsulları ehtiyatlarında artıqlıq əlamətləri bazar əhvalına mənfi təsir göstərir” — deyə analitiklər bildirir.
ABŞ-da yanacaq ehtiyatlarının bazar proqnozunu (1 milyon barel) xeyli üstələyərək 4 milyon barel artması da dünyanın ən böyük neft istehlakçısında tələbin zəiflədiyinə dair narahatlıqları gücləndirib və qiymətlərə təzyiq göstərib.
Həftə ərzində açıqlanan iqtisadi göstəricilər də narahatlıqları artırıb. İşsizlik müavinətinə müraciətlərlə bağlı son məlumatlar ABŞ əmək bazarının zəiflədiyini, həm işçi tələbinin, həm də təklifinin azaldığını göstərib. Avqustda isə ev tikintisi son iki yarım ilin ən aşağı səviyyəsinə enib və yeni evlərin satılmamış qalması bazarda artıq təklifin formalaşmasına səbəb olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 d. əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
-
15 d. əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
23 d. əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
29 d. əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
35 d. əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
40 d. əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
44 d. əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
55 d. əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək
Noyabrın 18-də gözlənilən hava şəraiti















.jpg)








