"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sea Breeze Health Valley: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı” mövzusunda paralel sessiya keçirilib.
McK Partners şirkətinin tərəfdaşı Monish Aroranın moderatorluğu ilə keçirilən panel sessiyasında çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Nazir bildirib ki, son illərdə icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin modernləşdirilməsi, rəqəmsal texnologiyaların səhiyyə sisteminə inteqrasiyası və insan kapitalına yönəlik islahatlar əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.
Müzakirələrdə Sea Breeze Health Valley layihəsinin Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi, sosial xidmətlərin və infrastrukturun inkişafı istiqamətində rolu diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları vurğulanıb.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Dövlət Turizm Agentliyinin baş icraçı direktoru Florian Sengstschmid, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Zaur Əliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) direktoru Vüqar Qurbanov, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktoru Yasin Cəlilov, Sea Breeze Health Valley layihəsinin rəhbəri Konstantin Qrinfeld, Sinqapurun Don Agro International şirkətinin baş icraçı direktoru Marat Devlet-Kildeyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ,Almaniyanın Sana Hospital Group şirkətinin direktoru Sven Heininger, Caspimayr şirkətinin təsisçisi Həcər Cəfərova çıxışlarında dövlət strukturlarının, investorların və layihə rəhbərliyinin birgə əməkdaşlığı sayəsində beynəlxalq standartlara cavab verən tibbi klasterin yaradılması imkanlarına dair fikirlərini səsləndiriblər. Bildirilib ki, Sea Breeze Health Valley layihəsi ölkəmizin səhiyyə sisteminin modernləşdirilməsi, rəqəmsal tibbi xidmətlərin tətbiqi, əczaçılıq və biotexnologiya sahələrinin inkişafı baxımından mühüm addımdır.
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən paralel sessiyada SOCAR-la Italiana Petroli S.p.A və MIP S.p.A arasında səhm alqı-satqısı Sazişi imzalanıb. Saziş SOCAR prezidenti Rövşən Nəcəf və Italiana Petroli S.p.A şirkətinin sədri Uqo Braketti Peretti tərəfindən imzalanıb. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək.
Sessiya çərçivəsində Yüksək Dəmir Tərkibli İsti Briket Dəmir İstehsalı üçün Birgə Müəssisənin Təsis Edilməsi haqqında Saziş imzalanıb. Sazişi “Daşkəsən Dəmir Filizi” MMC-nin baş direktoru Ceyhun Əliyev və “Fonte GreenMet Investments Fund OEIC Limited”in baş icraçı direktoru Yerzhan Mussin imzalayıblar. Bu təşəbbüs ölkəmizin metallurgiya sahəsində tam inteqrasiya olunmuş dəyər zəncirinin formalaşmasına, ixrac potensialının artmasına və yüksək əlavə dəyərli məhsulların istehsalına mühüm töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
39 d. əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
1 saat əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Ən çox oxunanlar
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi






















