BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur
2025-ci ilin avqust ayındaTesla-nın Avropada satışları 36,6% azalıb, bazar payı keçən ilki 2%-dən 1,2%-ə düşüb. BYD-nin satışları isə 201,3% artaraq bazar payını 1,3%-ə çatdırıb.Çinin elektrik avtomobili istehsalçısı BYD Avropa İttifaqında (Aİ) 2025-ci ilin avqust ayında 2024-cü ilin avqustuna nisbətən 3 dəfə çox yeni avtomobil sataraq, ABŞ-lı rəqibi Teslanı ardıcıl ikinci ay geridə qoyub.
Marja.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Stellantis isə Avropada bir ildən uzun müddət sonra ilk dəfə satış artımına qayıdıb. Ümumi bazarın genişlənməsində plagin hibrid (plug-in hibrid-PHEV) və tam elektrikli (BEV) avtomobil satışlarının rolu böyük olub.
Avropanın avtomobil sənayesi bir sıra çağırışlarla üzləşir: ABŞ-ın idxal rüsumları, Çin istehsalçılarının rəqabəti və elektrikli avtomobillərin (EV) tətbiqi üçün yerli qaydaların yerinə yetirilməsi çətinlikləri.
Avtomobil istehsalçıları emissiya standartlarına uyğunlaşmaq üçün daha sərfəli və gəlirli olan PHEV-lərin satışını artırıb. Çin markaları da bu texnologiyadan Avropa İttifaqının Çin istehsalı EV-lərə tətbiq etdiyi rüsumların təsirini azaltmaq və Çin məhsuluna şübhəli yanaşan Avropa sürücülərini cəlb etmək üçün istifadə edirlər.
RƏQƏMLƏR
ACEA-nın məlumatına görə, Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyasında avqust ayında satışlar 4,7% artaraq 0,8 milyon avtomobil olub.
Volkswagen və Renault-ln satışları illik müqayisədə müvafiq olaraq 4,8% və 7,8% artıb.
Stellantis-in satışları 2,2% artaraq, 2024-cü ilin fevralından bəri ilk dəfə yüksəlib.
Tesla-nın Avropa satışları 36,6% azalıb, bazar payı keçən ilki 2%-dən 1,2%-ə düşüb. BYD-nin satışları isə 201,3% artaraq bazar payını 1,3%-ə çatdırıb.
Çinli digər avtomobil istehsalçısı MG-nin sahibi SAIC Motor isə avqust ayında satışlarını 59,4% artıraraq, cari il üzrə bazar payını 1,9%-ə yüksəldib və beləliklə, Avropa İttifaqında ilin ən yaxşı on avtomobil satıcısı sırasına daxil olub.
Ümumilikdə Avropa İttifaqında avtomobil satışları 5,3% artıb.
Tam elektrikli avtomobillərin (EV) satışı 30,2%, hibrid elektrikli avtomobillərin satışı 54,5%, plagin hibrid avtomobillərin satışı isə 14,1% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)


.jpg)

