"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
"Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında da yeni stansiya inşa olunacaq və həmin stansiyadan "Qırmızı xətt"ə keçid mümkün olacaq.
Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan "Sahil" stansiyasına keçməklə "Həzi Aslanov" stansiyasına qədər başqa nəqliyyata minmədən yoluna davam edə biləcək.
Metro rəsmisi xatırladıb ki, B-04 stansiyası "Bənövşəti xətt"in "8 Noyabr"dan sonrakı stansiyası olacaq.
"Dövlət Proqramına uyğun olaraq "Bənövşəyi xətt" üzrə daha 5 stansiya inşa olunmalıdır. Həmin 5 stansiyadan biri, məsələn, B-04 stansiyasından sonrakı B-05 stansiyası "Nizami" stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirməsi işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq.
"Avtovağzal" stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan "Nizami" stansiyasına keçməklə hərəkətini "Yaşıl xətt" üzrə davam etdirəcək", - deyə B.Məmmədov əlavə edib.
"Bakı Metropolteni" QSC-nin B-04 stansiyasının tikintisi 2026-cı ilin sonuna qədər yekunlaşacaq.
Bunu səhmdar cəmiyyətinin ikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
O, qeyd edib ki, B-04 stansiyası "Çəhrayı xətt"in beşinci, metronun isə 28-ci stansiyası olacaq.
Qeyd edək ki, B-04 stansiyası Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)





.jpg)

